Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Pərviz Musayev “Neftçi”nin “HİK” qarşısında şanslarını dəyərləndirdi

© Photo : From personal archives Parviz MusayevPərviz Musayev
Pərviz Musayev - Sputnik Azərbaycan, 1920, 03.08.2021
Abunə olmaq
İdman şərhçisi Pərviz Musayev deyir ki, “Olimpiakos”la oyunda təmsilçimiz məğlub olsa, da oyun planında kifayət qədər yaxşı oyun nümayiş etdirdi
Pərviz Musayev: ““Neftçi”nin “HİK”lə görüşdə şansları heç də pis deyil”
“Neftçi” bu gün UEFA Avropa Liqasında ilk oyununu keçirəcək. “Ağ-qaralar” Bakıda Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşacaq. “Bakcell Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq. Matçı Şotlandiyadan olan FIFA refirisi Uilyam Kollum idarə edəcək.
İdman şərhçisi Pərviz Musayev Sputnik Azərbaycan-a deyir ki, “Neftçi” Yunanıstan təmsilçisi ilə oyna oyunu “HİK”ə qarşı göstərə bilsə, onun kifayət qədər yaxşı şansları var: “Düzdür “Olimpiakos”la oyunda təmsilçimiz məğlub olsa, da oyun planında kifayət qədər yaxşı oyun nümayiş etdirdi. Bu baxımdan “Neftçi”nin “HİK”lə görüşdə şansları heç də pis deyil. Psixololoji baxımdan “Neftçi”nin xeyrinə olan digər məsələ ondan ibarətdir ki, pleyofa çıxa bilsə, Avro liqanın qrup mərhələsini təmin etmiş olacaq. Həmçinin pleyofa çıxa bilsə, rəqib “Fənərbağça” komandası olacaq ki, bu da kifayət qədər maraqlı qarşılaşma olacaq”.
Pərviz Musayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz
Xəbər lenti
0