https://sputnik.az/20210803/Dvlt-Komitsi-Brdd-16-yal-qzn-zorakla-mruz-qalmasn-aradrb-427608584.html
Dövlət Komitəsi Bərdədə 16 yaşlı qızın zorakılığa məruz qalmasını araşdırıb
Dövlət Komitəsi Bərdədə 16 yaşlı qızın zorakılığa məruz qalmasını araşdırıb
Sputnik Azərbaycan
Yeniyetmənin atası ilə ayrılıqda aparılan söhbət zamanı məlum olub ki, onun əsas istəyi təcavüzkarın qanun qarşısında cəzalandırılmasıdır. 03.08.2021, Sputnik Azərbaycan
2021-08-03T11:39+0400
2021-08-03T11:39+0400
2021-11-16T23:59+0400
xəbərlər
hadisə
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815804_714:614:2926:1858_1920x0_80_0_0_78370c778d5bdce2e5e6890fce176747.jpg
BAKI, 3 avqust — Sputnik. Bərdə rayonunda 16 yaşlı qızın təcavüzə məruz qalması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.Bu barədə Dövlət Komitəsindən məlumat verilib.Qeyd olunub ki, qurumun Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu və rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailəyə səfər ediblər.Əvvəlcə ata və qızı ilə birgə hadisənin təfərrüatı haqqında danışılıb, daha sonra isə fərdi qaydada söhbət aparılıb. Söhbət zamanı azyaşlının psixoloji vəziyyətinin yerində olduğu və ətrafında olan insanlar tərəfindən hər hansı bir kobud rəftar görmədiyi və psixososial dəstəyə ehtiyacı olmadığı bildirilib.Yeniyetmənin atası ilə ayrılıqda aparılan söhbət zamanı məlum olub ki, onun əsas istəyi təcavüzkarın qanun qarşısında cəzalandırılmasıdır.Aidiyyəti qurumlar tərəfindən əlaqələndirilmiş fəaliyyət davam etdirilir.Həmçinin oxuyun:Neftçalada əlli doqquz yaşlı kişi qohumu olan azyaşlı qıza cinsi təcavüz edib
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42281/58/422815804_598:583:2525:2029_1920x0_80_0_0_9523efcd7b93ff0f506d684ed9ac6a9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Dövlət Komitəsi Bərdədə 16 yaşlı qızın zorakılığa məruz qalmasını araşdırıb
11:39 03.08.2021 (Yenilənib: 23:59 16.11.2021) Yeniyetmənin atası ilə ayrılıqda aparılan söhbət zamanı məlum olub ki, onun əsas istəyi təcavüzkarın qanun qarşısında cəzalandırılmasıdır.
BAKI, 3 avqust — Sputnik. Bərdə rayonunda 16 yaşlı qızın təcavüzə məruz qalması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırılıb.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, qurumun Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu və rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailəyə səfər ediblər.
Əvvəlcə ata və qızı ilə birgə hadisənin təfərrüatı haqqında danışılıb, daha sonra isə fərdi qaydada söhbət aparılıb. Söhbət zamanı azyaşlının psixoloji vəziyyətinin yerində olduğu və ətrafında olan insanlar tərəfindən hər hansı bir kobud rəftar görmədiyi və psixososial dəstəyə ehtiyacı olmadığı bildirilib.
Yeniyetmənin atası ilə ayrılıqda aparılan söhbət zamanı məlum olub ki, onun əsas istəyi təcavüzkarın qanun qarşısında cəzalandırılmasıdır.
Aidiyyəti qurumlar tərəfindən əlaqələndirilmiş fəaliyyət davam etdirilir.