CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neftçalada əlli doqquz yaşlı kişi qohumu olan azyaşlı qıza cinsi təcavüz edib

© Pexels SkitterphotoДевочка на качелях, фото из архива
Девочка на качелях, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
Aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.

BAKI, 6 aprel — Sputnik. Neftçala rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı baş verən zorakılıq hadisəsi ilə bağlı yayılan məlumatlar rayonun prokurorluq və polis orqanlarında tam və hərtərəfli araşdırılıb. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən olunub ki, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.

Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
0