https://sputnik.az/20210802/yol-polisi-suruculere-seslendi-427602420.html
Yol polisi sürücülərə səsləndi
Yol polisi sürücülərə səsləndi
Sputnik Azərbaycan
Avtomobil yollarında sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır, xüsusilə də texniki imkanları zəif olan, asta gedən nəqliyyat vasitələri... 02.08.2021, Sputnik Azərbaycan
2021-08-02T14:19+0400
2021-08-02T14:19+0400
2021-11-16T23:59+0400
xəbərlər
cəmiyyət
din
sürücü
bşbpi
yol
müraciət
zolaq
hərəkət
sürət
https://cdnn1.img.sputnik.az/img/42367/14/423671478_0:320:3073:2048_1920x0_80_0_0_a4fa116e7227f686f836c17570a6a144.jpg
BAKI, 2 avqust — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a BDYPİ-dən məlumat verilib.Müşahidələrə bildirilir ki, bir çox hallarda sürücülər tərəfindən, xüsusən də respublika əhəmiyyətli avtomobil yollarında qarşıda hərəkətdə olan avtomobillə düzgün ara məsafəsi saxlanılmır və nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsinə dair tələblərə riayət edilmir.Qeyd olunur ki, "Yol hərəkəti haqqında" Azərbaycan Rеspublikası Qanununun tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsini elə seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.Müraciətdə o da qeyd olunur ki, yol şəraitinə uyğun müəyyən olunmuş sürət həddini heç bir halda aşmaq olmaz. Çünki sürət yüksək olduqda sürücü qarşısına çıxan maneəyə vaxtında reaksiya verə bilmir və qəza qaçılmaz olur."Bununla yanaşı, avtomobil yollarında sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. Xüsusilə də texniki imkanları zəif olan, aşağı sürətlə hərəkət gedən nəqliyyat vasitələri çox zolaqlı yollarda sağ zolaqla idarə olunmalıdır. Burada həmçinin sürücü diqqətsizliyi vacib rol oynayır. İsti hava şəraitinin də sürücülərin əhvalına müəyyən təsirləri olduğunu nəzərə alaraq yuxulu, yorğun və əzgin halda sükan arxasına əyləşməməyi tövsiyə edirik", - müraciətdə vurğulanır.Eləcə də oxuyun:Gün başlanğıcında polisdən xəbərdarlıqAvtomobillərin arxa şüşəsinə şüarların vurulması qanunsuzdur
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42367/14/423671478_41:0:2772:2048_1920x0_80_0_0_f8f507b33acc090bc1008c9e324568f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, din, sürücü, bşbpi, yol, müraciət, zolaq, hərəkət, sürət, hərəkət zolağı, azərbaycan
xəbərlər, din, sürücü, bşbpi, yol, müraciət, zolaq, hərəkət, sürət, hərəkət zolağı, azərbaycan
Yol polisi sürücülərə səsləndi
14:19 02.08.2021 (Yenilənib: 23:59 16.11.2021) Avtomobil yollarında sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır, xüsusilə də texniki imkanları zəif olan, asta gedən nəqliyyat vasitələri çoxzolaqlı yollarda sağ zolaqla idarə olunmalıdır.
BAKI, 2 avqust — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti qaydalarına riayət edilməsi ilə bağlı sürücülərə müraciət edib. Bu barədə
Sputnik Azərbaycan-a BDYPİ-dən məlumat verilib.
Müşahidələrə bildirilir ki, bir çox hallarda sürücülər tərəfindən, xüsusən də respublika əhəmiyyətli avtomobil yollarında qarşıda hərəkətdə olan avtomobillə düzgün ara məsafəsi saxlanılmır və nəqliyyat vasitələrinin yolların hərəkət hissəsində yerləşdirilməsinə dair tələblərə riayət edilmir.
Qeyd olunur ki, "Yol hərəkəti haqqında" Azərbaycan Rеspublikası Qanununun tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq ara məsafəsini elə seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
"Burada nəqliyyat vasitəsinin markası, modeli, digər texniki xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, köhnə avtomobillə müasir avtomobilin əyləc məsafəsi eyni deyil. Ona görə də avtomobilin texniki parametrlərinə, yol şəraitinə və əsasən də sürət rejiminə uyğun olaraq qabaqda gedən nəqliyyat vasitəsi ilə ara məsafəsi saxlanılmalıdır, yəni sürət həddi artdıqca ara məsafəsi çoxalmalıdır".
Müraciətdə o da qeyd olunur ki, yol şəraitinə uyğun müəyyən olunmuş sürət həddini heç bir halda aşmaq olmaz. Çünki sürət yüksək olduqda sürücü qarşısına çıxan maneəyə vaxtında reaksiya verə bilmir və qəza qaçılmaz olur.
"Bununla yanaşı, avtomobil yollarında sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. Xüsusilə də texniki imkanları zəif olan, aşağı sürətlə hərəkət gedən nəqliyyat vasitələri çox zolaqlı yollarda sağ zolaqla idarə olunmalıdır.
Təsadüfi deyil ki, son vaxtlar nəqliyyat vasitələrinin arxadan vurulması halları çoxalıb və bu da ara məsafəsinin düzgün seçilməməsi ilə bağlıdır.
Burada həmçinin sürücü diqqətsizliyi vacib rol oynayır. İsti hava şəraitinin də sürücülərin əhvalına müəyyən təsirləri olduğunu nəzərə alaraq yuxulu, yorğun və əzgin halda sükan arxasına əyləşməməyi tövsiyə edirik", - müraciətdə vurğulanır.
- Təhlükəsizlik kəmərindən, dönmə işıqlarından istifadə etməyən 30 sürücü cəzalandırıldı
-
Gün başlanğıcında polisdən
xəbərdarlıq