CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyənin "Fənərbağça" klubu Bakıya gələ bilər

© AFP 2024 / Kenan Asyali / POOLФутболисты ФК "Фенербахче", фото из архива
Футболисты ФК Фенербахче, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.08.2021
Abunə olmaq
Avropa Liqası və Konfrans Liqasının püşkatmasında Azərbaycanın "Neftçi" və "Qarabağ" klubları öz potensial rəqiblərini tanıyıblar.
BAKI, 2 avqust - Sputnik. Bakının "Neftçi" klubu Avropa Liqasının təsnifat mərhələsinin pley-offunda İstanbulun "Fənərbağça" klubu ilə qarşılaşa bilər. 
Sputnik Azərbaycan-ın məlumatına görə, bazar ertəsi, avqustun 2-də, Azərbaycanın "Neftçi" və "Qarabağ" klublarının da iştirak etdiyi UEFA Avropa və Konfrans liqalarının təsnifat mərhələsinin pley-off raundunun püşkatması keçirilib.  
Məsələn, əgər Azərbaycan çempionu "Neftçi" Avropa Liqasının üçüncü təsnifat mərhələsində Finlandiyanın HİK klubuna qalib gələrsə, o zaman pley-offda İstanbulun "Fənərbağça" klubu ilə qarşılaşa bilər. Türkiyə klubu ilk oyunu öz evində keçirəcək. Xatırladaq ki, ötən mövsüm "Neftçi" Avropa Liqasının təsnifat mərhələsində çıxışını İstanbulun digər klubu "Qalatasaray"a məğlub olmaqla (1:3) bitirmişdi.  
Avropa Liqasının təsnifat mərhələsində "Neftçi" ilə HİK arasında keçiriləcək oyun isə çərşənbə axşamı, avqustun 3-də Bakıda saat 21:00-da başlayacaq. Əgər "Neftçi" hər iki oyunun nəticələrinə görə  Finlandiya klubuna uduzsa, o zaman UEFA Konfrans Liqasının təsnifat mərhələsinin pley-offuna düşəcək. Burada o, "Makkabi" (Hayfa, İsrail) - "Torshavn" (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək. 
Həmçinin qeyd edək ki, Ağdamın "Qarabağ" klubunun Konfrans Liqasının təsnifat mərhələsinin pley-offundakı rəqibi də müəyyənləşib. Əgər Qurban Qurbanovun yetirmələri üçüncü mərhələdə Kiprin AEL klubunu məğlub edə bilsələr, o zaman növbəti dövrədə "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya)  cütünün qalibi ilə qarşılaşacaqlar. 
Konfrans Liqasında üçüncü təsnifat mərhələsində Kiprin AEL-inə qarşı ilk oyununu "Qarabağ" avqustun 5-də səfərdə keçirəcək.
Eləcə də oxuyun: 
Vəli Qasımov Emrelinin “Legiya”da debütü və gənc futbolçuların Avropada perspektivi haqda
Ramin Musayev: “Klubların uğursuzluğunu çox xırdalamaq lazım deyil”
Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi
Xəbər lenti
0