CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sənaye şəhərinin tullantı problemi - Millət vəkili çıxış yolunu göstərdi

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidПолигон отходов, фото из архива
Полигон отходов, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.07.2021
Abunə olmaq
Milli Məclisin deputatı Müşfiq Məmmədli əmindir ki, Sumqayıt şəhərinə mütləq məişət tullantılarının təkrar emalı zavodu lazımdır.

BAKI, 31 iyul - Sputnik. Millət vəkili Müşfiq Məmmədli sumqayıtlı seçicilərinə müraciət edib. Müraciətində deputat son dövrlər Sumqayıt şəhəri üçün başağrısına çevrilmiş məişət tullantıları probleminə toxunub.

"Sumqayıt Məişət Tullantıları Poliqonunda baş verən yanğınlar və bu səbəbdən şəhərin atmosferinin korlanması hamımızı ciddi narahat edir. Şəhərimiz böyüyür, əhali sayı artır, bununla yanaşı təbii haldır ki, problemlər də yaranır. Müstəqilliyin ilk illərində Sumqayıtda 180 min əhali yaşayırdısa indi şəhərimizdə sakinlərin sayı yarım milyona yaxındır. Bu da poliqonda tullantıların artmasına səbəb olub. Eyni zamanda onu da qeyd edim ki, poliqonun dolub-daşmasının bir səbəbi də bura tullantıların təkcə Sumqayıtdan deyil, həmçinin Abşeronun və Qaradağın yaxınlıqdakı yaşayış məntəqələrindən, eləcə də Sumqayıt ətrafındakı yaşayış məntəqələrindən də daşınmasıdır" - Məmmədli bildirib.

Millət vəkilinin fikrincə, bu səbəbdən Sumqayıta mütləq məişət tullantılarının təkrar emalı zavodu lazımdır: "Məlumat üçün bildirim ki, yaranmış problemlə bağlı Sumqayıtı təmsil edən 4 deputatın hər biri ayrılıqda çıxışlar edib, aidiyyatı qurumlar qarşısında məsələ qaldırıb. Onu da qeyd etmək mütləqdir ki, sözügedən ərazidə Məişət Tullantılarının Utilizasiyası Zavodunun tikintisi şəhərin daxili imkanları hesabına qeyri-mümkündür. Aparılan torpaqlama işləri isə müvəqqəti xarakter daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin akt tərtib edərək məsul hüquqi şəxsi cərimələməsi də yaranmış vəziyyəti aradan qaldırmır".

Deputat qeyd edib ki, onda olan məlumata görə, gələn ilin sonunadək sözügedən zavodun tikilməsi nəzərdə tutulur: "Məsələ ilə bağlı rəsmi olaraq bir daha aidiyyatı qurumlara müraciət ediləcək".

Sumqayıtın tullantı problemi

Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Xidmətin Regional İdarəsinin rəsmisi Fərid Piriyev Sputnik Azərbaycan-a bildirib ki, araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib.

O qeyd edib ki, faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub. Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib.

Sumqayıt şəhərində yenidən zibil poliqonları yandırılır. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılır. Vətəndaşlar iddia edirlər ki, zibil poliqonlarında məişət tullantılarının yandırılması Sumqayıtda ilk belə hadisə deyil. Şəhəri bürüyən üfunət qoxusu sakinləri ciddi şəkildə narahat edir. Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətinin rəsmisi Eyvaz Qocayev bildirib ki, məişət tullantıları poliqonunda baş vermiş yanğın təbii şəkildə meydana gəlib. Onun sözlərinə görə, uzun müddətdir toplanan tullantılar yer altında qazlaşmaya səbəb olduğundan yanğın baş verir:

Həmçinin oxuyun:

Yandırmaq çarə deyil: Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb

Xəbər lenti
0