Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Elman Rüstəmov: "Sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır"

© Sputnik / Murad OrujovПредседатель правления Центрального банка АР Эльман Рустамов
Председатель правления Центрального банка АР Эльман Рустамов - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Rəqəmsal pulların istifadəsi imkanları haqda danışan Elman Rüstəmov bu sahədə dünyada ciddi müzakirələr və eksperimentlərin aparıldığını qeyd edib.

BAKI, 30 iyul — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkədə rəqəmsal pulların istifadəsi imkanlarına münasibət bildirib.

Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə baş bankir onlayn keçirdiyi mətbuat konfransında danışıb.

"Sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır. Hesab edirəm ki, biz bu qatara oturanlardan olacağıq. Amma rəqəmsal valyuta ilə bağlı suallar çoxdur. Məsələn, bu növ valyuta maliyyə sabitliyinə necə təsir edəcək? Həmçinin çirkli pulların yuyulması ilə bağlı vəziyyətin də necə olacağı sual doğurur. Amma dünyada ciddi müzakirələr və eksperimentlər aparılır.

AMB rəqəmsal manatla bağlı araşdırmalar aparır və bu sahədə Türkiyə Mərkəzi Bankı ilə həftəlik müzakirələr gedir. Onların ciddi tədqiqatları var və biz də bu tədqiqatlara qoşulmuşuq. Nəticə haqqında ictimaiyyətə məlumat verəcəyik. Hesab edirəm ki, bu, rəqəmsal iqtisadiyyatın ciddi tərkib hissəsi olacaq", - deyə o, qeyd edib.

Elman Rüstəmov bildirib ki, Azərbaycanın investisiya reytinqi tezliklə bərpa olunacaq: "Koronavirus (COVID-19) pandemiyası dövründə AMB-nin həyata keçirdiyi siyasət, iqtisadi artımın bərpası Azərbaycanın beynəlxalq reytinqlərinin yaxşılaşması ilə müşahidə olunur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini bir neçə pillə yüksəldib. Hesab edirəm ki, görülən bu işlər ona gətirib çıxaracaq ki, ölkənin investisiya reytinqi tezliklə bərpa olunacaq. O cümlədən ölkə prezidentinin Qarabağla bağlı təşəbbüsləri uğurla nəticələncək, investisiya reytinqimizin bərpa olunmasına xidmət edəcək".

AMB sədri qeyd edib ki, Azərbaycanda nağdsız ödənişlərlə bağlı problem olmasa da, əhali hələ də nağd ödənişə üstünlük verir.

Bundan başqa, baş bankir deyib ki, cəmiyyətdə və mətbuatda hələ də manatın məzənnəsi ilə bağlı müzakirələr gedir.

"Əgər biz tam üzən məzənnə rejimində olsaydıq, manatın möhkəmlənməsi istiqamətində təzyiqlə üzləşə bilərdik", - baş bankir əlavə edib.

Bundan başqa, E.Rüstəmovun sözlərinə görə, çirkli pulların yuyulması ilə mübarizədə sərtləşmə müşahidə edilir: Ölkə prezidentinin iradəsi ilə çirkli pullarla aparılan mübarizə bankları ehtiyatlı olmağa sövq edir. Əldə olunan nəticələr hələ ki, AMB-ni qane etmir. Bizim görməli olduğumuz işlər çoxdur".

Eləcə də oxuyun:

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала