FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Olimpiya ümidləri: azərbaycanlı idmançılardan kim Tokioda medal qazana bilər

Abunə olmaq
Azərbaycanlı idman həvəskarları səbirsizliklə güləş və karate üzrə yarışları gözləyir və Olimpiya oyunlarında medal qazanmaq ümidlərini onlarla bağlayırlar

Azərbaycan idmançılarının Tokio Olimpiadasında uğursuz çıxışı fonunda idmançılarımızın medal qazanmasına ümidlər də əriyir. Buna baxmayaraq, Azərbaycanın Olimpiya yığmasında hələ də Tokioda mükafat qazanmağa qadir olan atletlər var.

Cüdo idman növündə Olimpiya medalını idmançımız İrina Kindzerskaya qazanmağa qadirdir (78 kq-dan yuxarı çəkidə). İdmançımız uzun müddətdir ki, dünya reytinqində aparıcı yerlərdən birini tutur və mütəmadi olaraq "Böyük dəbilqə" turnirlərində medallar qazanır.

Sözsüz ki, Olimpiya medallarına güləş yarışlarında da ümid etmək olar. Yeri gəlmişkən, müstəqil Azərbaycanın tarixində hələ elə bir Olimpiada olmayıb ki, oradan Azərbaycan güləşçiləri medalsız qayıtsınlar.

İlk növbədə ən çox titulu olan idmançımız Mariya Stadnikin mükafat qazanacağını gözləyirik (50 kq), həm də, sadəcə medal deyil, məhz qızıl medal.

Olimpiya oyunlarının üçqat mükafatçısı, ikiqat dünya çempionu və səkkiz dəfə Avropa çempionu olan Stadnik öz çəki dərəcəsində əsas favoritdir və ona yalnız son iki Olimpiadanın finalında məğlub olduğu yapon güləşçiləri mane ola bilərlər.

Kişilər arasında sərbəst güləş yarışlarında ümidlərimiz üçqat Dünya və Avropa çempionu Hacı Əliyevlə bağlıdır (65 kq). İdmançımız öz çəki dərəcəsində ənənəvi olaraq favoritdir. Bundan əvvəlki Olimpiadada bürünc medal qazanan güləşçimiz bu dəfə daha yüksək əyarlı medal qazanmağa da qadirdir.

Daha bir sərbəst güləş ustamız Şərif Şərifovun da yaxşı şansları var (97 kq). 2012-ci il London Olimpiadasında qalib olan idmançı 2016-cı il Rio Oyunlarında bürünc medallara sahib olub. Əgər ilkin mərhələdə idmançımız dördqat dünya çempionu Abdulrəşid Sadullayevlə (Rusiya) qarşılaşmazsa, o zaman şansı daha yüksək olacaq.

Tokio Olimpiadasında azərbaycanlı karate ustaları da özlərini göstərə bilərlər. Söhbət Rafael Ağayev (75 kq) və İrina Zaretskadan gedir (61 kq-dan yuxarı).

Rafael Ağayev bütün dünyada məşhur karateçidir, beş dəfə dünya birinciliyində, dəfələrlə "Premyer liqa" turnirlərində qalib olub. Ağayevin qarşısında duran əsas problem onun yaşı ola bilər – onun 36 yaşı var. Lakin buna baxmayaraq, idmançı əla formadadır.

İrina Zaretskanın hesabında dünya, Avropa çempionatlarında, habelə "Premyer liqa" turnirlərində qələbələr var və o, dünya reytinqində liderdir.

Bunlardan əlavə, digər idmançılarımızın da Tokio Olimpiadasında özlərini göstərərək medal qazanacaqlarını istisna etmək olmaz.

18 azərbaycanlı atlet evə qayıdır

Artıq 18 idmançımız Tokio Olimpiya oyunlarında heç bir mükafat əldə etmədən çıxışlarını başa vurub. Bunlar – taekvondoçular Fəridə Əzizova (67 kq) və Milad Beiqi Harçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq) və Aişə Qurbanlı (48 kq), boksçular Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69 kq), üzgüçülər Maksim Şemberov və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov və çoxnövçü Rostislav Pevtsovdur.

Azərbaycan Tokio-2020-də

Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

© Photo : International Judo Federation / Brandenburger AurelianCüdo idman növündə Olimpiya medalını idmançımız İrina Kindzerskaya qazanmağa qadirdir (78 kq-dan yuxarı çəkidə).
Азербайджанская дзюдоистка Ирина Киндзерская, фото из архива  - Sputnik Azərbaycan
1/15
Cüdo idman növündə Olimpiya medalını idmançımız İrina Kindzerskaya qazanmağa qadirdir (78 kq-dan yuxarı çəkidə).
© Photo : International Judo Federation / Mayorova Marina İdmançımız uzun müddətdir ki, dünya reytinqində aparıcı yerlərdən birini tutur və mütəmadi olaraq "Böyük dəbilqə" turnirlərində medallar qazanır.
Азербайджанская дзюдоистка Ирина Киндзерская, фото из архива  - Sputnik Azərbaycan
2/15
İdmançımız uzun müddətdir ki, dünya reytinqində aparıcı yerlərdən birini tutur və mütəmadi olaraq "Böyük dəbilqə" turnirlərində medallar qazanır.
© Photo : Azerbaijan Wrestling FederationSözsüz ki, Olimpiya medallarına güləş yarışlarında da ümid etmək olar. Yeri gəlmişkən, müstəqil Azərbaycanın tarixində hələ elə bir Olimpiada olmayıb ki, oradan Azərbaycan güləşçiləri medalsız qayıtsınlar.
Азербайджанские борцы - Sputnik Azərbaycan
3/15
Sözsüz ki, Olimpiya medallarına güləş yarışlarında da ümid etmək olar. Yeri gəlmişkən, müstəqil Azərbaycanın tarixində hələ elə bir Olimpiada olmayıb ki, oradan Azərbaycan güləşçiləri medalsız qayıtsınlar.
© AP Photo / Anvar Ilyasovİlk növbədə ən çox titulu olan idmançımız Mariya Stadnikin mükafat qazanacağını gözləyirik (50 kq), həm də, sadəcə medal deyil, məhz qızıl medal.
Мария Стадник, фото из архива - Sputnik Azərbaycan
4/15
İlk növbədə ən çox titulu olan idmançımız Mariya Stadnikin mükafat qazanacağını gözləyirik (50 kq), həm də, sadəcə medal deyil, məhz qızıl medal.
© Facebook / United World WrestlingOlimpiya oyunlarının üçqat mükafatçısı, ikiqat dünya çempionu və səkkiz dəfə Avropa çempionu olan Stadnik öz çəki dərəcəsində əsas favoritdir və ona yalnız son iki Olimpiadanın finalında məğlub olduğu yapon güləşçiləri mane ola bilərlər.
Mariya Stadnik, arxiv şəkli - Sputnik Azərbaycan
5/15
Olimpiya oyunlarının üçqat mükafatçısı, ikiqat dünya çempionu və səkkiz dəfə Avropa çempionu olan Stadnik öz çəki dərəcəsində əsas favoritdir və ona yalnız son iki Olimpiadanın finalında məğlub olduğu yapon güləşçiləri mane ola bilərlər.
© Photo : Facebook / Dilaver NajafovKişilər arasında sərbəst güləş yarışlarında ümidlərimiz üçqat Dünya və Avropa çempionu Hacı Əliyevlə bağlıdır (65 kq).
Азербайджанский борец вольного стиля Гаджи Алиев - Sputnik Azərbaycan
6/15
Kişilər arasında sərbəst güləş yarışlarında ümidlərimiz üçqat Dünya və Avropa çempionu Hacı Əliyevlə bağlıdır (65 kq).
© Photo : Facebook / Dilaver Najafovİdmançımız öz çəki dərəcəsində ənənəvi olaraq favoritdir.
Азербайджанский борец вольного стиля Гаджи Алиев - Sputnik Azərbaycan
7/15
İdmançımız öz çəki dərəcəsində ənənəvi olaraq favoritdir.
© AP Photo / Francois MoriBundan əvvəlki Olimpiadada bürünc medal qazanan güləşçimiz bu dəfə daha yüksək əyarlı medal qazanmağa da qadirdir.
Борец Гаджи Алиев из Азербайджана празднует победу, фото из архива - Sputnik Azərbaycan
8/15
Bundan əvvəlki Olimpiadada bürünc medal qazanan güləşçimiz bu dəfə daha yüksək əyarlı medal qazanmağa da qadirdir.
© AP Photo / Markus SchreiberDaha bir sərbəst güləş ustamız Şərif Şərifovun da yaxşı şansları var (97 kq).
Шариф Шарифов, фото из архива - Sputnik Azərbaycan
9/15
Daha bir sərbəst güləş ustamız Şərif Şərifovun da yaxşı şansları var (97 kq).
© Photo : United World WrestlingŞərif Şərifov
Чемпион мира и Европы Шариф Шарифов и  олимпийский чемпион из США Кайл Снайдер - Sputnik Azərbaycan
10/15
Şərif Şərifov
© AP Photo / Anvar Ilyasov2012-ci il London Olimpiadasında qalib olan idmançı 2016-cı il Rio Oyunlarında bürünc medallara sahib olub. Əgər ilkin mərhələdə idmançımız dördqat dünya çempionu Abdulrəşid Sadullayevlə (Rusiya) qarşılaşmazsa, o zaman şansı daha yüksək olacaq.
Главное, чтобы в соперники ему на начальной стадии не достался олимпийский чемпион, четырехкратный чемпион мира Абдулрашид Садуллаев (Россия). - Sputnik Azərbaycan
11/15
2012-ci il London Olimpiadasında qalib olan idmançı 2016-cı il Rio Oyunlarında bürünc medallara sahib olub. Əgər ilkin mərhələdə idmançımız dördqat dünya çempionu Abdulrəşid Sadullayevlə (Rusiya) qarşılaşmazsa, o zaman şansı daha yüksək olacaq.
© © Azerbaijan Karate FederationTokio Olimpiadasında azərbaycanlı karate ustaları da özlərini göstərə bilərlər. Söhbət Rafael Ağayev (75 kq) və İrina Zaretskadan gedir (61 kq-dan yuxarı).
Рафаэль Агаев, фото из архива - Sputnik Azərbaycan
12/15
Tokio Olimpiadasında azərbaycanlı karate ustaları da özlərini göstərə bilərlər. Söhbət Rafael Ağayev (75 kq) və İrina Zaretskadan gedir (61 kq-dan yuxarı).
© © Azerbaijan Karate Federation Rafael Ağayev bütün dünyada məşhur karateçidir, beş dəfə dünya birinciliyində, dəfələrlə "Premyer liqa" turnirlərində qalib olub. Ağayevin qarşısında duran əsas problem onun yaşı ola bilər – onun 36 yaşı var. Lakin buna baxmayaraq, idmançı əla formadadır.
 Рафаэль Агаев в турнире Премьер-лига в Дубае - Sputnik Azərbaycan
13/15
Rafael Ağayev bütün dünyada məşhur karateçidir, beş dəfə dünya birinciliyində, dəfələrlə "Premyer liqa" turnirlərində qalib olub. Ağayevin qarşısında duran əsas problem onun yaşı ola bilər – onun 36 yaşı var. Lakin buna baxmayaraq, idmançı əla formadadır.
© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidİrina Zaretskanın hesabında dünya, Avropa çempionatlarında, habelə "Premyer liqa" turnirlərində qələbələr var və o, dünya reytinqində liderdir.
Азербайджанская каратистка Ирина Зарецкая, фото из архива - Sputnik Azərbaycan
14/15
İrina Zaretskanın hesabında dünya, Avropa çempionatlarında, habelə "Premyer liqa" turnirlərində qələbələr var və o, dünya reytinqində liderdir.
© AFP 2024 / MARCO BERTORELLOBunlardan əlavə, digər idmançılarımızın da Tokio Olimpiadasında özlərini göstərərək medal qazanacaqlarını istisna etmək olmaz.
Азербайджанский борец греко-римского стиля Ислам Аббасов - Sputnik Azərbaycan
15/15
Bunlardan əlavə, digər idmançılarımızın da Tokio Olimpiadasında özlərini göstərərək medal qazanacaqlarını istisna etmək olmaz.
Xəbər lenti
0