CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağış yüz yaşı olan ziyarətgahı dağıtdı

© Sputnik / Ibrahim HashimovŞəkidə yağış fəsad törətd
Şəkidə yağış fəsad törətd - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
Şəkidə sakinlərin ziyarətgah kimi qəbul etdiyi irigövdəli ağac yağış səbəbindən aşaraq xeyli ziyan vurub.

 

BAKI, 28 iyul — Sputnik. Aramsız yağışlar Şəkidə fəsadlara yol açıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, şəhərin “Dağ Dibi” məhəlləsində, Koroğlu 24 ünvanında, Rəşad Cəfərova məxsus fərdi yaşayış evinin həyətində olan irigövdəli ağac aşıb. Yarımçıq tikilinin üzərinə aşan ağac onu uçurub. Həmçinin, həyətlərarası və yol kənarındakı divarlar dağılıb.

Sakinlərin sözlərinə görə, gövdəsinin diametri bir, çətirinin diametri isə 10 metrdən böyük olan bu ağacın yüzdən artıq yaşı var. Yerli əhali bu ağacı ziyarətgah kimi qəbul edərək ona dualarının qəbul olması niyyəti ilə müxtəlif parçalar da bağlayırmış.

© Sputnik / Ibrahim Hashimov
Şəkidə yağış fəsad törətd - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ibrahim Hashimov
Şəkidə yağış fəsad törətd - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ibrahim Hashimov
Şəkidə yağış fəsad törətd - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Sakinlər bildiriblər ki, hər gün bu ağacın kölgəsində bir neçə avtomobil olurdu. Bu gün hava yağışlı olduğundan heç kəs ağacın altında maşın saxlamayıb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan da olmayıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0