11:17 24 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
HADİSƏ
Qısa URL
2056 0 0

Leysan yağış səbəbindən avtomobillərin hərəkətində qismən çətinlik yaşanıb, şəhərin bəzi küçələrini, evlərin həyətyanı sahələrini su basıb.

BAKI, 27 iyul - BAKI. Gəncə şəhərində 2 nəfəri ildırım vurub. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Səlimov Aydın Ələkbər oğlunu ildırım vurub. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Daha bir hadisə isə Cavadxan küçəsində baş verib, 1985-ci il təvəllüdlü Kərimov Sərxan İsmixan oğlunu ildırım vurub. O, xəstəxanaya yerləşdirilib və hazırda koma vəziyyətindədir.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Qərb bölgəsində yağıntılı hava şəraiti davam edir və güclü ildırım çaxır.

Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb

Bu gün axşam saatlarında Gəncə şəhərində yağan leysan yağış və dolu bir sıra fəsadlar törədib.

Leysan yağış səbəbindən avtomobillərin hərəkətində qismən çətinlik yaşanıb, şəhərin bəzi küçələrini, evlərin həyətyanı sahələrini su basıb.

Hava şəraitinə görə şəhərin bəzi hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda Gəncə şəhəri və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir.

Əsas mövzular