BAKI, 27 iyul — Sputnik. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər Lənkəran rayon sakini saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupunun Baş inspektorunun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Lənkəran RPŞ-nin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov və Sabir Vəliyev saxlanılıblar.
Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. S.Vəliyevin həmçinin Lənkəran şəhəri ərazisindəki evlərdən birindən mobil telefon oğurladığı da müəyyən edilib. Həmin mobil telefon S.Vəliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Lənkəran RPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə rayon sakinləri Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov və Xalid Məmmədli saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulmuş hazır bükümlərdə heroin və metamfetamin, 4 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma davam etdirilir.
Eləcə də oxuyun:
-
DİN körpəsini atan narkoman qadınla bağlı məlumat yaydı
-
"Dərə hamamı"nda gizlədilən narkotik sahibinin başına iş açdı
-
Psixiatr - ""Patı" istifadəçilərinin evdə müalicəsi çətindir"
-
Bakıda patı çəkən marşrut avtobusu sürücüsünə görün nə cəza verdilər