BAKI, 24 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,92 dollar artaraq 73,95 dollar təşkil edib.
Dünya birjalarında neft qiymətləri bahalaşır
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 0,31 dollar artaraq 74,10 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 72,07 dollar olub.
Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.
OPEC razılaşması
Xatırladaq ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.
Yeni "Əməkdaşlıq Bəyannaməsi" Azərbaycanda gündəlik xam neft hasilatının avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artırılmasını, ixtisarlarla bağlı öhdəliklərinin də uyğun şəkildə azaldılmasını nəzərdə tutur. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. Yəni, ölkəmizdə 2018-ci ilin oktyabrındakı 718 min barellik gündəlik xam neft hasilatı gələn il də hasilat səviyyəsinin müəyyənləşdirilməsində baza olaraq qalacaq.
İclasda iştirak edən energetika naziri Pərviz Şahbazov "OPEC+"un qlobal neft bazarının balanslaşdırılması prosesinə töhfə verəcək bu yeni qərarına Azərbaycanın dəstəyini ifadə edib.
Yeni razılaşma, "OPEC+" ölkələri üzrə mövcud 5,8 milyon barel həcmində ixtisarların 2021-ci ilin sonunadək 2 milyon barel azaldılmasını nəzərdə tutur.
İclasda OPEC və qeyri-OPEC ölkələri nazirlərinin növbəti iclasının 2021-ci ilin sentyabrın 1-də keçirilməsi qərara alınıb.
Eləcə də oxuyun:
-
Neftin qiymətindəki kəskin dəyişmələr nə ilə bağlıdır? – ekspert açıqlayır
-
Altı ayda dövlət büdcəsinin gəlir və xərcləri nə qədər olub?
-
Neft su yerinə axacaq. OPEK+ müqaviləsi Azərbaycan üçün sərfəlidirmi?