Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftin qiymətindəki kəskin dəyişmələr nə ilə bağlıdır? – ekspert açıqlayır

© Photo : N.Cəfərlinin şəxsi arxiviNatiq Cəfərli, iqtisadçı-ekspert
Natiq Cəfərli, iqtisadçı-ekspert - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, danışıqlardakı qeyri-müəyyənlik neft bazarına psixoloji təsir edirdi və müəyyən dar çərçivədə olsa da, qiymətlərdə dalğalanmalar var idi
Natiq Cəfərli: “Bütün bunlar bazarda pozitiv dinamika yaratdı”

Ötən həftə tələbatla bağlı müsbət gözləntilər və dünya iqtisadiyyatının bərpası proqnozları neftin qiymətinin 6 faiz artmasına səbəb olub.

Bəs neft qiymətlərindəki kəskin artım və azlamlar nə ilə bağlıdır?

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, neft qiymətlərindəki kəskin dəyişmələr OPEC+ anlaşması ilə bağlıdır: “İyulun 1-dən danışıqlar dalana dirənmişdi. Danışıqlardakı qeyri-müəyyənlik neft bazarına psixoloji təsir edirdi və müəyyən dar çərçivədə olsa da, qiymətlərdə dalğalanmalar var idi. Hasilatın kəskin artımı bazara təsir göstərdi. Dünəndən başlayaraq isə qiymətlərdə artım baş verir. Bunun isə iki səbəbi var. Birincisi kəskin enişlərdən sonra dibdən gələn təpki deyilən bir anlayış ortaya çıxır. Bu zaman treyderlər aşağı səviyyələrdə olan fyuçerslərin alışını həyata keçirirlər. Bu da müəyyən qədər neft qiymətlərinə təsit göstərən amilə çevrilir. İkincisi səbəb isə, dünyada sürətlə yayılan Delta ştammı ilə bağlıdır. Maraqlıdır bu ştamm sürətlə yayılsa da iri dünya dövlətləri hər hansı qapanma tədbirlərini tətbiq etməyəcəklərini açıqlayıblar. Bütün bunlar bazarda pozitiv dinamika yaratdı”.

Natiq Cəfərlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0