Lavrov: Qərb "beynəlxalq hüquq" terminindən imtina edib

© © RUSSIAN FOREIGN MINISTRY / AFPМинистр иностранных дел РФ Сергей Лавров, фото из архива
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.07.2021
Abunə olmaq
Rusiya XİN başçısı deyib ki, onlarla əməkdaşlıq etməyənləri sanksiyalar, siyasi ostrakizm və hətta hərbi təzyiq və müxtəlif, rəngli inqilablarla da cəzalandırırlar.

BAKI, 23 iyul — Sputnik. Qərb tez-tez onun mövqeyi ilə razılaşmayan ölkələri sanksiyalar və "siyasi ostrakizm"lə cəzalandırır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

"Qərb hüquq bərabərliyi, maraqların balansının axtarılması əsasında razılığa gəlmək istəmir, hətta "beynəlxalq hüquq" termininin istifadəsindən də imtina edərək özünün yeni terminini "qaydalara əsaslanan dünya düzəni" anlayışını icad edib", - deyə Lavrov "Yedinaya Rossiya" partiyasında təşkil olunan "Dövlət Dumasına seçkilər kampaniyasının keçdiyi xarici siyasi şərait" vebinarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, haqqında danışılan qaydalar vəziyyətdən asılı olaraq və "Qərbə sərfəli şəkildə formalaşdırılır, sonra da universal norma kimi hamıya təqdim olunur".

"Bildiyiniz kimi, onlarla əməkdaşlıq etməyənləri sanksiyalar, siyasi ostrakizm və hətta hərbi təzyiq və müxtəlif, rəngli inqilablarla da cəzalandırırlar", - deyə nazir izah edib.

"Təəssüf ki, bizim inandığımız və beynəlxalq aləmdə yeritdiyimiz konstruktiv yanaşmaları hamı bölüşmür. İlk növbədə tarixən Qərb adlandırılan qüvvələri nəzərdə tuturam,” - deyə Lavrov bildirib.

Qərb "tarixən formalaşmış lider mövqelərin keçmişdə qalması ilə razılaşmaq istəmir", - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, "Yedinaya Rossiya" partiyasının ümumfederasiya siyahısına müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, uşaq ombudsmanı Anna Kuznetsova da daxil edilib. Ümumilikdə federal siyahıda 395, təkmandatlı seçki dairələri üzrə siyahıda isə 219 namizədin adı var. Siyahılar partiyanın iyunun 19-da Moskvada keçirilən qurultayında təsdiq olunub.

Həmçinin oxuyun:

Lavrov Tacikistana hücum olarsa, KTMT-nin atacağı addımları açıqladı

"Vahid Rusiya" Dumaya seçkilərdə namizədlər siyahısını təsdiqlədi

* Putin seçki kampaniyası, vaksinasiya və demoqrafik çuxur barədə

Lavrov ABŞ-ı Rusiya ilə güc mövqeyindən dialoq aparmaq cəhdlərindən çəkinməyə çağırıb

Rusiya XİN Avropada hərbi-siyasi vəziyyətin deqradasiyasını qeyd edib

Xəbər lenti
0