Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Avropada hərbi-siyasi vəziyyətin deqradasiyasını qeyd edib

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidЗдание Министерства иностранных дел Российской Федерации, фото из архива
Здание Министерства иностранных дел Российской Федерации, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
Qurumda NATO-nun şərq cinahının hərbiləşdirilməsinə və Avropada adi və strateji silahlar üzərində nəzarətin məhv olunmasına xüsusi diqqət yetiriblər.

BAKI, 29 iyun — Sputnik. Rusiya XİN Avropada hərbi-siyasi şəraiti destabilizə edən qərb dövlətlərinin hərəkətlərini tənqid edib.

Bu mövzu Sergey Lavrovun başçılığı ilə keçirilmiş nazirliyin kollegiyasında müzakirə olunub.

Belə ki, qurumda NATO-nun şərq cinahının hərbiləşdirilməsinə və Avropada adi və strateji silahlar üzərində nəzarətin məhv olunmasına xüsusi diqqət yetiriblər.

İclas iştirakçıları qərb ölkələrinin öz maraqlarına uyğun gələcək yeni geosiyasi reallığı qurmaq cəhdlərini məhsuldar olmayan kimi dəyərləndiriblər.

XİN həmçinin Qərbun hazırkı beynəlxalq hüquq normalarını "qaydalara əsaslanan dünya düzəni" ilə əvəzləmək cəhdini qəbuledilməz adlandırıb.

"Aİ və NATO ölkələri və strukturları tərəfindən birtərəfli sanksiya, təxribat və təbliğat kampaniyalarının, Rusiya və onun müttəfiqlərinin daxili işlərinə qarışmağın digər formalarının tətbiqinə diqqət yönəldilib", - XİN-dən deyilib.

Həmçinin Avropa Birliyində, o cümlədən Pribaltikada dezinformasiya ilə mübarizə adı altında rusiyalı və rusdilli KİV-in jurnalistlərinin cəzasız təqibi müzakirə edilib, qeyri-dost hallara qarşı reksiya vermənin hazırkı və perspektiv mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

Nazirlikdə qeyd ediblər ki, bölgədə sabitliyin əldə olunması yalnız maraqlar balansına riayət olunması və ölkələr arasında dialoq şəraitində mümkündür.

Xəbər lenti
0