BAKI, 23 iyul - Sputnik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (HXÇDX) Səbail rayon idarəsinin sabiq rəisi, polkovnik Vüsal Babayevin rüşvət almaqda şübhəli bilinərək saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Baş Prokurorluqdan APA-ının sorğusuna cavab olaraq bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Həmçinin oxuyun:
Bakı Ağır Cinayətlər Məhkəməsinin vəzifəli şəxsi rüşvət və dələduzluğa görə həbs edilib
COVID-19 xəstələrinə görə rüşvət alan direktorun cinayət işi üzrə istintaqı bitdi