BAKI, 20 iyul - Sputnik. Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın dövlət sərhədində baş verənlərdən narahatdır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toyvo Klaar çərşənbə axşamı, iyulun 20-də özünün "Twitter" səhifəsində bildirib.
"Azərbaycan-Ermənistan dövlət sərhədində dərin narahatlıq yaradan hadisələr davam edir. Biz yeni itkilər qeydə alınmadan tərəfləri təmkinli olmağa, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq", - Klaar yazıb.
Xüsusi nümayəndə həmçinin Avropa İttifaqının tərəflərə kömək etməyə hazır olduğunu da qeyd edib.
Sərhəddə gərginlik
Müntəzəm olaraq iki ölkənin sərhədində insidentlər baş verir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.
Bundan sonra Ermənistan ordusunun bölmələri dəfələrlə Azərbaycanın sərhəd boyu yerləşən mövqelərini, eləcə də Qarabağdakı mövqelərimizi atəşə tutub.
Son günlər belə təxribatlar daha da intensivləşib. İyulun 19-u ərzində üç dəfə Naxçıvan ərazisi
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub, bir əsgərimiz yaralanıb.
Eləcə də oxuyun:
-
Ermənistan Naxçıvandakı mövqelərimizi atəşə tutub, hərbçimiz yaralanıb - MN
-
Rəsmi Bakıdan sərt cavab: "Ermənistanın yeni "icad"ına ehtiyac yoxdur"
-
Kəlbəcər Ermənistan ərazisindən atəşə tutulub, cavab atəşi ilə susdurulub