SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakıdan sərt cavab: "Ermənistanın yeni "icad"ına ehtiyac yoxdur"

© Sputnik / Murad OrujovDövlət Bayrağı meydanı
Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920, 20.07.2021
Abunə olmaq
Azərbaycan XİN-dən vurğulanıb ki, Ermənistan hələ də “tarixi” xülyalardan çıxış edərək qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir, bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, heç də müdrik siyasət deyil.

BAKI, 20 iyul - Sputnik. Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan XİN-in KİV və İctimai diplomatiya idarəsinin 19 iyul 2021-ci il tarixli açıqlamasına dair şərhində qeyd olunur.

"Tarixi özünün “güclü” tərəfi hesab edən Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib. Bu ölkə isə hələ də “tarixi” xülyalardan çıxış edərək qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir. Bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, heç də müdrik siyasət deyil. 

Ermənistan tərəfinə xatırladırıq ki, Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərində hələ də minlərlə erməni yaşayır. Əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüz siyasəti olmasaydı, bu rəqəm çox yüksək olardı", - Leyla Abdullayeva qeyd edib.

Qənimətlər Parkı ilə bağlı iddialara gəldikdə, XİN rəsmisi qeyd edib ki, Bakı şəhərindəki Qənimətlər Parkı hüquq və ədalətin təcavüzkar üzərində qələbəsinin rəmzidir:

"Parkda nümayiş olunan, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qurduğu istehkamlar, bu ölkənin onilliklərdir ki, münaqişənin həlli üzrə danışıqlarda riyakarlıq nümayiş etdirdiyinin sübutudur. Parkı “revanşizm abidəsi” adlandıran Ermənistan XİN-i unudur ki, Azərbaycandan fərqli olaraq Ermənistanda çoxsaylı terrorçu və müharibə cinayətkarlarına abidələr ucaldılıb. Maraqlıdır ki, niyə bu abidələr deyil, məhz Holokost və Mahatma Qandinin Ermənistandakı abidələri vandallığa məruz qalıb?!"

"Vurğulamaq istərdik ki, bölgədə sülh və təhlükəsizliyi təmin etmək, iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün tarixdə saysız-hesabsız “kəşflərin” müəllifi olan Ermənistanın yeni “icadına” ehtiyac yoxdur, bunun yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməkdir", - deyə Leyla Abdullayeva yekunlaşdırıb.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçib.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Sərhəddə gərginlik

Müntəzəm olaraq iki ölkənin sərhədindən təlaşlı xəbərlər gəlir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Bundan sonra Ermənistan ordusunun bölmələri dəfələrlə Azərbaycanın sərhəd boyu yerləşən mövqelərini, eləcə də Qarabağdakı mövqelərimizi atəşə tutub.

Son günlər belə təxribatlar daha da intensivləşib. İyulun 19-u ərzində üç dəfə Naxçıvan ərazisi 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub, bir əsgərimiz yaralanıb.

 

Eləcə də oxuyun:

Xəbər lenti
0