CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O adamlara nə olub? Bərdədə yarımçıq qalan nişanın təfərrüatı

© Sputnik / Эдуард ПесовГрузинское застолье - семья собралась за ужином в одном из сел Терджольского района.
Грузинское застолье - семья собралась за ужином в одном из сел Терджольского района. - Sputnik Azərbaycan, 1920, 19.07.2021
Abunə olmaq
Bərdədə şənlikdə özlərini pis hiss edib xəstəxanaya yerləşdirilənlərdən xəbər var. Hadisənin təfərrüatını Sputnik Azərbaycan-a məclis sahibi açıqlayıb.

BAKI, 19 iyul — Sputnik. Bazar günü, iyulun 18-də Bərdədə toyda zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilən xəstələrin vəziyyəti yaxşıdır. Onların halının pisləşməsinin isə qidadan deyil, günvurma səbəbindən olduğu bildirilir. Hadisə ilə əlaqədar artıq aidiyyəti qurumların məclis olan yerdə apardıqları araşdırma sona çatıb. Qurumların nümayəndələri qida zəhərlənməsi ilə bağlı hansısa bir fakta rast gəlməyiblər.

Məclis sahibləri də hadisənin zəhərlənmədən yox, başqa səbəbdən baş verdiyini iddia edirlər. Alıyev Elgiz İsfəndiyar oğlu Sputnik Azərbaycan-a bildirib ki, toy onun bacısının ünvanında olub və o da həmin məclisdə iştirak edib: “Məclis Bərdədə, bacımgilin həyətində idi. Yüngülvari yığıncaq edirdik. Bacım qızının nişanı idi. Yəni çox adam yox idi - özümüz, qohum-əqraba, bir də oğlan evinin adamları. Təxminən uşaqlı-böyüklü 30 nəfərə yaxın adam toplaşmışdı. Onların qapısında tut ağacı var. Ətrafı isə açıqlıqdır. Məclisi axşam saat 6-ya saldıq ki, gün batana yaxın olsun. Hamımız məsləhətləşdik ki, qoy saat 7-8-də olsun ki, isti olmasın. Sonra oğlan evindən gələnlər dedilər ki, gecdir, bir az tezləşdirək. O səbəbdən də stol açdıq. Stolun üçü günün qabağına düşdü”.

© Sputnik / Emin AlisahibElgiz Alıyev
O adamlara nə olub? Bərdədə yarımçıq qalan nişanın təfərrüatı - Sputnik Azərbaycan, 1920, 19.07.2021
Elgiz Alıyev

Hadisə də bundan sonra baş verib. Elgiz Alıyev deyir ki, oğlan evindən yeddi, qız evindən isə iki nəfər gün düşən yerdə oturmalı olub. İlk olaraq kişilərdən birinin vəziyyəti pisləşib: “Oğlan evini baş tərəfə saldıq. Düşdülər günün qabağına. Qız evindən də iki nəfər o stola düşdü. Qalanları kölgədə oturdular.

Yeməklərimiz təzə idi. Körpə dana ətindən bozartma, aş, salat, pendir, xiyar-pomidor, çolpa soyutması idi. Yəni orada başqa yemək olmayıb. Masaya nə qoyulubsa, hamısının istehsal tarixi üstündə olub. Hamımız yedik. Düzdür, onların oturduğu masaya gün düşürdü. Hadisə də ancaq o stolda olub.

Bizdən iki nəfər qadın, bir mənim yoldaşım, bir də qardaşımın yoldaşının halı pis olub. Bizim qohum-ərqabadan heç kim zəhərlənməyib. Çünki biz özümüzü kölgəliyə vermişdik. Həm də işləyirdik. Amma qonaqlar, yazıqlar, qaldılar günün qabağında. Cəmisi doqquz nəfər idilər. Yeddisi onlardan, ikisi bizdən. Onlar da günün altında oturanlar olublar”.

Müsahibimizin sözlərinə görə, artıq aidiyyəti orqanlar məclis olan yerə baxış keçirib, araşdırma aparıb.

"Qida Təhlükəsizliyi Agentliyi, Bərdə rayon Polis Şöbəsi, Bərdə rayon Prokurorluğundan gəldilər. Yoxladılar. Gördülər ki, qidada heç nə yoxdur. Birbaşa günün altında qalmaları onları o vəziyyətə saldı. Hamısı da günvurmadan olub. Başqa heç nə yoxdur.

Gələnlər həm xəstələrin vəziyyətini öyrəndilər, həm də gəlib, buranı yoxladılar. Özümüzün ağılsızlığımızdan, günün altında qalmaqdan belə oldu. Qida zəhərlənməsi ilə bağlı hansısa fakta rast gəlinmədi. Qida Təhlükəsizliyi də rəy verdi ki, günvurmadır. Əlbəttə ki, günün altında yeyilən yeməkdən sonra insanın halı çönməlidir”, - E.Alıyev əlavə edib.

Qeyd edək ki, hazırda xəstəxanaya aparılanların vəziyyəti yaxşıdır. Onlardan bəziləri evə buraxılıblar.

Bərdə rayon  Mərkəzi Xəstəxanasının növbətçi həkimi Emin Əliyev də iyulun 18-də Sputnik Azərbaycan-a verdiyi açıqlamasında xəstəxanaya gətirilənlərdə zəhərlənmə əlamətinin olmadığını bildirmişdi.

Eləcə də oxuyun:

Xəbər lenti
0