09:11 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
4704 0 0

Yeniyetmə ailəsinə təhvil verilib və ailə nəzarətə götürülüb. Erkən nikaha cəlb edilən qız Şəkidə oxuduğu məktəbdə təhsilini davam etdirəcək.

BAKI, 15 iyul — Sputnik. Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşında ərə verilən qız ata evinə geri qaytarılıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib. Məlumata görə, Komitə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısını alıb.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, Dövlət Komitəsinin nümayəndələri faktın yerində araşdırılması məqsədilə aidiyyatı qurumun əməkdaşları və psixoloqlar ilə birlikdə həmin ailədə olublar. Yeniyetmə ailəsinə təhvil verilib və ailə nəzarətə götürülüb. Erkən nikaha cəlb edilən qız Şəkidə oxuduğu məktəbdə təhsilini davam etdirəcək.

Xatırladaq ki, bir neçə gün öncə sosial platformada Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılmışdı. Yayılan görüntülər əsasında Şəki Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.

Qeyd edək ki, iyunun 7-də buna bənzər hadisə cənub bölgəsində qeydə alınıb. Lənkəran şəhərində istirahət mərkəzlərinin birində 5 may 2021-ci il tarixində azyaşlı qız üçün nişan mərasimi təşkil edilməsi və nişanlanan qızın Masallı rayon Bədəlan kənd sakini, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Xoşagəlməz hadisənin qarşısı alınmışdı.

Bu ilin fevralında Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı oğlana nişanlanması ilə bağlı sosial şəbəkələrdə video yayılmışdı. Videonun yayılmasından bir müddət sonra cinayət işi açılmışdı.

Ağcabədi rayonunda da 15 yaşlı qızın ana olması rezonansa səbəb olmuşdu.

13.07.2021

Şəkidə azyaşlı qız özündən 14 yaş böyük oğlana ərə verildi, valideynlərini polis apardı

Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O deyib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb. Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xatırladaq ki, iyunun 7-də buna bənzər hadisə cənub bölgəsində qeydə alınıb. Lənkəran şəhərində istirahət mərkəzlərinin birində 5 may 2021-ci il tarixində azyaşlı qız üçün nişan mərasimi təşkil edilməsi və nişanlanan qızın Masallı rayon Bədəlan kənd sakini, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Xoşagəlməz hadisənin qarşısı alınmışdı.

Bu ilin fevralında Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı oğlana nişanlanması ilə bağlı sosial şəbəkələrdə video yayılmışdı. Videonun yayılmasından bir müddət sonra cinayət işi açılmışdı.

Ağcabədi rayonunda da 15 yaşlı qızın ana olması rezonansa səbəb olmuşdu.

08.06.2021.

"Bu toy olmayacaq" - rəsmilərdən Masallıda azyaşlı qızın ərə verilməsinə reaksiya

“Lənkəran şəhərində istirahət mərkəzlərinin birində 5 may 2021-ci il tarixində azyaşlı qız üçün nişan mərasimi təşkil edilməsi və nişanlanan qızın Masallı rayon Bədəlan kənd sakini, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar doğrudur”.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib. O qeyd edib ki, artıq baş verən xoşagəlməz hadisənin qarşısı alınıb:

“Mərasim hər iki ailənin, nişan mərasimi baş tutan azyaşlının və onunla nişanlananın razılığı ilə baş tutsa da, hüquq-mühafizə orqanları və rayon icra hakimiyyətinin nümayəndələri artıq ailədə olublar. Ailələr məlumatlandırılıb və bildirilib ki, toy mərasimi təşkil olunarsa, qanunvericiliyə uyğun tədbir görüləcək. 18 yaşadək bu toy başa tuta bilməz”.

Etiraz doğuran tendensiya

Bir neçə gün bundan öncə erkən münasibətin qurbanı olan daha bir yetkinlik yaşına çatmayan qızla bağlı xəbər vermişdik. Ağcabədi rayonunda 15 yaşlı qızın ana olması rezonansa səbəb olmuşdu.

Bu ilin fevralında Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı oğlana nişanlanması ilə bağlı sosial şəbəkələrdə video yayılmışdı. Videonun yayılmasından bir müddət sonra cinayət işi açılmışdı.

Uşaq nikahları azalıb, amma...

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov Sputnik Azərbaycan-a açıqlamasında son illərdə uşaq nikahlarının da 10 dəfəyədək azaldığını bildirib: "Din xadimləri tərəfindən dini nikaha daxil olanadək rəsmi şəkildə şəhadətnamənin təqdim edilməsi məqsəd kimi qoyulub. Bununla bağlı olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə qərara gəlinib. Din xadimlərinə tövsiyə sənədlər də təqdim edilib. Bu amil uşaq nikahlarının sayının aşağı düşməsinə səbəb olub. 10 il əvvəl 4500 civarında olan uşaq nikahları bu gün 350 civarındadır".

Komitə rəsmisi bildirib ki, xüsusən də cənub zonasında uşaq nikahlarının sayı xeyli azalıb. Uşaq nikahlarının respublika üzrə sayına görə cənub bölgəsi 5-6-cı yerlərdə qərarlaşıb. Cənub zonasından fərqli olaraq Bakı şəhəri və Bakı kəndlərindəki vəziyyət bir o qədər də ürəkaçan deyil: "Bakı kəndləri uşaq nikahlarına görə respublikada ilk yerdə qərarlaşıb".

E.Səfərov uşaq nikahlarına cəlb edilən oğlan uşaqlarının sayında da azalmaların olduğunu bildirib və vurğulayıb ki, yetkinlik yaşına çatmayan oğlan uşaqları arasında 2019-2020-ci illərdə nikaha məcburedilmə ilə bağlı 1 fakt qeydə alınıb.

Həmçinin oxuyun: 

* "Mərhəmət"in fəsadları: Uşaqlar Günü Azərbaycanda bir uşaq ana oldu

  • Yanan da, yaman da... qadınlar - Həvva nəsli niyə özünə qənim kəsilib?

  • Cəzasızlığın ayaq səsləri - Cəmiyyətdə pedofiliya sevgisi formalaşır

  •  Millət vəkili: "Cəmiyyətdə cahilliyin üzünə tüpürəcək Kefli İsgəndərimiz də yoxdur"

Əsas mövzular