BAKI, 19 iyul - Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası ilə bağlı Pakistan xalqına başsağlığı verib.
"Pəncab əyalətində baş verən dəhşətli avtobus qəzası ilə bağlı xəbərlər bizi çox kədərləndirdi. Qəza qurbanlarına Allah rəhmət etsin, yaralılara isə şəfa versin. Qurbanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığı veririk", - nazir "Twitter" hesabında yazıb.
Bazar ertəsi, iyulun 19-da Pakistanın şimal-şərqində, Pəncab əyalətində avtobusla yük maşınının toqquşması nəticəsində 30 nəfər ölüb, 74 nəfər yaralanıb.
Eləcə də oxuyun:
-
İlham Əliyev Almaniya Prezidenti və Belçika kralına başsağlığı verdi
-
Rəsmi Bakı Çinə başsağlığı verdi
-
Rəsmi Bakı Bağdadda xəstəxanada 54 nəfərin ölümü ilə bağlı başsağlığı verdi
-
Azərbaycan XİN Tacikistana başsağlığı verdi