Rəsmi Bakı Çinə başsağlığı verdi

© © cnsphoto via REUTERSÇində hadisə yerində
Çində hadisə yerində - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, onların həmrəyliyi və dəstəyi Çin xalqı və hökuməti ilədir.

BAKI, 14 iyul — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Çin hökumətinə başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat nazirliyin "Twitter" səhifəsində qeyd olunub.

"Çinin Suzhou şəhərində bir hotelin çökməsi nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananlara tezliklə sağalmağı, xilasedicilərə isə uğurlar diləyirik. Bizim həmrəyliyimiz və dəstəyimiz Çin xalqı və hökuməti ilədir", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, Çinin Suzhou şəhərində hotelin çökməsi nəticəsində ən azı 17 nəfər ölüb, 6 nəfər yaralanıb. Hazırda ərazidə xilasedicilər işləyirlər.

Xəbər lenti
0