BAKI, 18 iyul – Sputnik. Qətgərdə iki gün davam edən əfqan dialoqunun iştirakçıları lazımi nəticənin əldə olunması üçün danışıqlar prosesinin yüksək səviyyədə davam etdirilməsi barədə razılığa gəliblər, Əfqanıstan hökumətinin və Taliban* hərəkatının nümayəndə heyətlərinin başçıları öz komandalarına müzakirələri davam etdirmək səlahiyyətləri veriblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə danışıqların nəticəsi olaraq yekun bəyanatda bildirilir.
Bəyanatın mətnini mətbuat konfransında Əfqanıstan hökumətinin nümayəndıə heyətinin rəhbəri və Milli Barışıq üzrə Ali Şuranın rəhbəri Abdulla Abdulla açıqlayıb.
“Tərəflər lazımi ağlabatan nəticə əldə olunanadək danışıqlar porosesinin yüksək səviyyədə davam etdirilməsi və bundan sonra da bu cür görüşlər keçirilməsi barədə razılığa gəliblər. Nümayəndə heyətlərinin liderləri öz komandalarına danışıqları sürətləndirməyi tapşırıblar”, - bəyanatda deyilir.
Bundan başqa, bəyanatda qeyd olunur ki, “hər iki tərəf ölkədə hazırkı vəziyyətdən çıxış yolu üçün sülh prosesini sürətləndirmək barədə razılaşıblar”.
Əfqanıstanda nə baş verir
Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
Eləcə də oxuyun:
- Rusiya taliblərlə niyə danışıqlar aparır? Zaxarovanın cavabı
-
Əfqanıstan Müdafiə Nazirliyi 200-ə qədər yaraqlının məhv edilməsi barədə xəbər yayıb
-
Lavrov Tacikistana hücum olarsa, KTMT-nin atacağı addımları açıqladı
-
Əfqanıstanın taleyi İranda müəyyənləşir – Kritik danışıqlar
-
Dünyada ən gözlənilən hadisələr: Əfqanıstan, Suriya və AVRO-2020
-
Putin Əfqanıstanla bağlı söz verdi – Lazımı dəstək veriləcək
-
ABŞ-dan sonra Rusiya Əfqanıstana qoşun göndərir? Kremldən cavab