FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Bakıda maşinistsiz qatarlar işləyəcək, Rusiyadan gətirilənlər isə "qocaları" əvəzləyəcək

Abunə olmaq
İyirmi yeni vaqon "Nərimanov" elektrik deposuna gətirilib, qatarlar sazlama işlərindən sonra xəttə buraxılacaq.

 

Bakı metrosunda maşinistsiz qatarlar hərəkət edəcək, ancaq bu, yalnız metropolitenin bənövşəyi xəttinin tikintisi başa çatdıqdan sonra mümkün olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Radio ilə idarə olunan qatarlar

Bu məsələ paytaxtın yeraltı yollarının bənövşəyi xətti planlaşdırılarkən nəzərdə tutulduğundan bütün işlər müvafiq sistem üçün gərəkli olan elementlərin quraşdırılması ilə aparılıb.

 

"Bənövşəyi xəttin beşinci stansiyası təhvil verildikdən sonra sistem işə düşəcək", - deyən Bakı Metropoliteninin nümayəndəsi əlavə edib ki, hələlik həmin xətdə üç stansiya var. Tikinti bitdikdən sonra bənövşəyi xəttin öz deposu olacaq, qatarlar radiodalğa ilə idarəetmə sisteminə qoşulacaq, bu isə onların maşinizstsiz hərəkət edəcəyi anlamına gəlir.

 

Rusiyadan yeni qatarlar

İyun ayının sonuncu iki günü ərzində iki tərkibdə olmaqla, Rusiyanın "Metrovaqonmaş" müəssisəsindən Bakıya yola salınmış hər biri 5 vaqondan ibarət olan 4 yeni qatar "Nərimanov" elektrik deposuna gətirilib. "Bakı Metropoliteni"nin departament rəhbəri Faiq Əhmədovun sözlərinə görə, 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar "Bakı Metropoliteni" QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal olunub. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766 B modelli vaqonlardan ibarət qatarlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq.

"Yeni qatarlar 31 il istismarda olmuş 81717 modelliləri əvəzləyəcək", - Faiq Əhmədov deyib.

 

Yaxın günlərdə yeni vaqonlarda sazlama və tənzimləmə işləri aparılaraq, normativlərə uyğun yürüş sınaqları keçiriləcək. Xəttə buraxıldıqdan sonra metropolitenin lokomotiv parkındakı yeni qatarların sayı 19-a (95 vaqon) çatdırılacaq.

Yeni qatarlara tələblər

Sərnişinə xidmət baxımından üstünlükləri qeyd etsək, kondisioner sistemi Bakının iqlim şəraitinə uyğunlaşdırılmaqla mikroiqlim nəzarəti sistemi havanın zərərsizləşdirilməsi funksiyasını, sabit hərarət rejiminin avtomatlaşdırılmış qaydada tətbiq edilməsini təmin edir. Bununla yanaşı, vaqonda ultrabənövşəyi lampalar da havanın zərərsizləşdirilməsi funksiyasını daha da gücləndirir.

Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin rahatlığını və bərabər paylanmasını təmin edir. Eyni zamanda qatarın tutumu 15 faiz artır. Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da fərqli sərnişinə xidmət imkanlarını genişləndirir.

Maşinist kabinəsinin sahəsi geniş olmaqla daha rahat şəraitdə idarəetməyə şərait yaradır. Avtomatlaşdırılmış idarəetmə ilə yanaşı, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır.

Eləcə də oxuyun:

© © Photo: courtesy of Baku Metro CJSC Rusiyanın "Metrovaqonmaş" müəssisəsindən Bakıya yola salınmış hər biri 5 vaqondan ibarət olan 4 yeni qatar "Nərimanov" elektrik deposuna gətirilib.
Вагоны Метровагонмаш в депо Нариманов - Sputnik Azərbaycan
1/10
Rusiyanın "Metrovaqonmaş" müəssisəsindən Bakıya yola salınmış hər biri 5 vaqondan ibarət olan 4 yeni qatar "Nərimanov" elektrik deposuna gətirilib.
© © Photo: courtesy of Baku Metro CJSCMaşinist kabinəsinin sahəsi geniş olmaqla daha rahat şəraitdə idarəetməyə şərait yaradır.
Вагоны Метровагонмаш в депо Нариманов - Sputnik Azərbaycan
2/10
Maşinist kabinəsinin sahəsi geniş olmaqla daha rahat şəraitdə idarəetməyə şərait yaradır.
© © Photo: courtesy of Baku Metro CJSCVaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin rahatlığını və bərabər paylanmasını təmin edir.
Вагоны Метровагонмаш в депо Нариманов - Sputnik Azərbaycan
3/10
Vaqondan-vaqona birbaşa keçidlər sərnişinlərin rahatlığını və bərabər paylanmasını təmin edir.
© © Photo: courtesy of Baku Metro CJSCUşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da fərqli sərnişinə xidmət imkanlarını genişləndirir.
Вагоны Метровагонмаш в депо Нариманов - Sputnik Azərbaycan
4/10
Uşaq və əlil arabaları, iri yüklər üçün nəzərdə tutulmuş sahələr, ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da fərqli sərnişinə xidmət imkanlarını genişləndirir.
© © Photo: courtesy of Baku Metro CJSCAvtomatlaşdırılmış idarəetmə ilə yanaşı, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır.
Вагоны Метровагонмаш в депо Нариманов - Sputnik Azərbaycan
5/10
Avtomatlaşdırılmış idarəetmə ilə yanaşı, daxili və xarici videomüşahidə sistemləri maşinistin nəzarət imkanlarını optimallaşdırır.
© © Photo: courtesy of Baku Metro CJSCYaxın günlərdə yeni vaqonlarda sazlama və tənzimləmə işləri aparılaraq, normativlərə uyğun yürüş sınaqları keçiriləcək.
Вагоны Метровагонмаш в депо Нариманов - Sputnik Azərbaycan
6/10
Yaxın günlərdə yeni vaqonlarda sazlama və tənzimləmə işləri aparılaraq, normativlərə uyğun yürüş sınaqları keçiriləcək.
© © Photo: courtesy of Baku Metro CJSCXəttə buraxıldıqdan sonra metropolitenin lokomotiv parkındakı yeni qatarların sayı 19-a (95 vaqon) çatdırılacaq.
Вагоны Метровагонмаш в депо Нариманов - Sputnik Azərbaycan
7/10
Xəttə buraxıldıqdan sonra metropolitenin lokomotiv parkındakı yeni qatarların sayı 19-a (95 vaqon) çatdırılacaq.
© © Photo: courtesy of Baku Metro CJSC 2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar "Bakı Metropoliteni" QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal olunub. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766.
Вагоны Метровагонмаш в депо Нариманов - Sputnik Azərbaycan
8/10
2019-cu ildə bağlanmış müqaviləyə uyğun olaraq, vaqonlar "Bakı Metropoliteni" QSC-nin sifarişi və texniki şərtlərinə uyğun istehsal olunub. İnnovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766.
© © Photo: courtesy of Baku Metro CJSCB modelli vaqonlardan ibarət qatarlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq.
Вагоны Метровагонмаш в депо Нариманов - Sputnik Azərbaycan
9/10
B modelli vaqonlardan ibarət qatarlar istismar müddətini başa vuracaq qatarların əvəzinə xəttə buraxılacaq.
© © Photo: courtesy of Baku Metro CJSCQatar "Nərimanov" elektrik deposuna gətirilib.
Вагоны Метровагонмаш в депо Нариманов - Sputnik Azərbaycan
10/10
Qatar "Nərimanov" elektrik deposuna gətirilib.
Xəbər lenti
0