CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Buranı sakit izləmək qeyri-mümkündür

© Sputnik / Shahperi AbbasovaMilli Azərbaycan Tarixi Muzeyinə 44 günlük Vətən müharibəsində iştirak etmiş 65 şəhid və qazinin şəxsi əşyaları təqdim olunub
Milli Azərbaycan Tarixi Muzeyinə 44 günlük Vətən müharibəsində iştirak etmiş 65 şəhid və qazinin şəxsi əşyaları təqdim olunub - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
Eksponatlar içində təkcə 44 günlük müharibədə iştirak edən döyüşçülərimiz deyil, iyul döyüşlərində iştirak etmiş və ölümü ilə qəhrəmanlıq dastanı yazan şəhidlərimizin də geyim və əşyaları qorunub saxlanılır.

BAKI, 16 iyul — Sputnik. Azərbaycan tarixinin ən şanlı tarixinə öz adlarını yazmış, 44 günlük Vətən müharibəsində iştirak etmiş 65 şəhid və qazinin şəxsi əşyası Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub. Öz qanı, canı bahasına bizə zəfər yaşadan igidlərimizin əşyaları və fonda səslənən dastana dönmüş şəhidimiz Xudayar Yusifzadənin "Xudayar təsnifi" insanı bir anlıq o günlərə qaytarır.

Milli Tarix Muzeyinin bələdçisi Hicran Həsənova muzey haqqında Sputnik Azərbaycan-a danışıb: "Bir müddət öncə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Anadır arzulara hər zaman Qarabağ" sərgisi təşkil olundu. Ondan sonra hər gün bura ziyarətçilər gəlirlər. Sevindirici haldır ki, bu dəyərli eksponatları izləmək üçün gələnlərin böyük bir qismi gənclərdir. Onların televizordan, sosial şəbəkələrdən izlədikləri igidlərimizin şəxsi əşyalarını gəlib burada əyani görə bilmək başqa bir hissdir. Əşyalar şəhidlərimizin doğmaları, ailələri tərəfindən muzeyə təqdim olunub".

Muzeydə Suqovuşan, Talış kəndi, Hadrut, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Xocavənd, Ağdərə, Şuşa və digər torpaqlarımızda vuruşan əsgər və hərbçilərimizin geyim və şəxsi əşyaları nümayiş olunur:

"Burada Hərbi Dəniz Donanması, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və Hərbi Hava Qüvvələrində xidmət edən igidlərimizə məxsus əşyalar, fotolar, diplom və mükafatlar nümayiş olunur. Bunlar hələlik bir qismidir. Bu, mərhələli şəkildə davam edir. Bundan sonrakı sərgidə digər şəhidlərin doğmaları tərəfindən təqdim olunan əşyaların nümayişi də nəzərdə tutulub. Şəhidlərimizin hər birisi bizim üçün doğmadır, əzizdir. Biz zaman-zaman hər birini cəmiyyətə təqdim edəcəyik. Məqsədimiz odur ki, hər kəs bizim üçün canından olan igidlərimizi tanısın. Bu, həm də onların valideynləri, yaxınları üçün bir növ təskinlik olur. Biz onsuz da onların borclarından çıxa bilməyəcəyik. Amma onlar bu sərgini görüb az da olsa sevinirlər ki, onların övladları unudulmur, dəyərləndirilir".

© Sputnik / Shahperi Abbasova
Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları - Sputnik Azərbaycan
1/7
Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları
© Sputnik / Shahperi Abbasova
Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları - Sputnik Azərbaycan
2/7

3/7

4/7

5/7

6/7

7/7

Muzey bələdçisinin sözlərinə görə, sözügedən məkanda Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizin də fəxri fərmanlarını görə bilərsiniz:

"Muzeyi ziyarət edən şəxslər Şuşa qələbəsini əks etdirən fotozonanı görə bilərlər. Həmçinin müharibə zamanı hər bir təhlükəni gözə alaraq cəbhəyə yola düşən, yaralan hərbçilərimizə yardım edən zaman şəhid olan həkimlərimizin də geyimləri və əşyaları burada nümayiş olunur.

Muzeyin ən diqqət çəkən hissəsi isə oktyabrın 3-də Suqovuşanda erməni bayrağının endirilməsi və Azərbaycan bayrağının təntənəli sürətdə qaldırılması anıdır. Eksponatların içində ən ürəkağrıdan məqamlardan biri də xidmətdə olduqları müddətdə şəhidlərə övladları tərəfindən yazılmış məktublardır. Onları izləyənlər göz yaşlarına hakim ola bilmirlər. Bəlkə də eksponatlar içində ən təsirlisidir, deyə bilərəm. Rəssamlıq Akademiyasının II kurs magistrantı Jalə Əliyeva Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə üçün hazırladığı büstü Milli Azərbaycan Tarixi Muzeyinə bağışlayıb. O da buraya gələn ziyarətçilərin diqqətini cəlb edir".

© Sputnik / Shahperi AbbasovaMilli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları
Buranı sakit izləmək qeyri-mümkündür - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən müharibəsində iştirak etmiş şəhid və qazilərin şəxsi əşyaları

Onu da bildirək ki, eksponatlar içində təkcə 44 günlük müharibədə iştirak edən döyüşçülərimiz deyil, iyul döyüşlərində iştirak etmiş və ölümü ilə qəhrəmanlıq dastanı yazan, Milli Qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun, Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik İlqar Mirzəyevin də geyim və əşyaları qorunub saxlanılır. Barəsində danışdığımız muzeydə Vətən müharibəsi vaxtı mənfur düşməndən qənimət olaraq əldə olunmuş əşyalar da nümayiş olunur.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücuma keçdi.

44 gün davam edən müharibə müddətində - oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyinin son məlumatına görə, müharibədə həlak olan şəhidlərimizdən iyulun 14-dək 2907-si dəfn olunub, 7 nəfər itkin düşmüş sayılır.

44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Eləcə də oxuyun:

  • Şəhidin anası: "Xudayar mənim yox, Azərbaycan xalqının oğludur"

  • Öz toyunu "Qarabağ şikəstəsi" ilə yekunlaşdıran "Akula" ləqəbli şəhid mayorun duaları

  • İlham Əliyevdən: "Biz hər an müharibəyə hazırıq və hazır olmalıyıq"

  • Polad Həşimov barədə bilmədiyimiz gerçəklər onun ailə üzvlərinin dili ilə

Xəbər lenti
0