Əfqanıstana görə sülh konfransı çağırılacaq

© REUTERS / STRINGERВооруженные афганские ополченцы патрулируют окраину провинции Тахар, Афганистан, 11 июля 2021 года.
Вооруженные афганские ополченцы патрулируют окраину провинции Тахар, Афганистан, 11 июля 2021 года.  - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Əfqanıstan Prezidentinin təhlükəsizlik və siyasi məsələlər üzrə müşaviri Mühammad Mohakik artıq tədbirdə iştirak etməyə razılıq verib.

BAKI, 15 iyul - Sputnik. Pakistan Əfqanıstanda vəziyyətin sabitləşdirilməsi üçün sülh konfransının keçirilməsini planlaşdırır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə 1TV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Pakistan səfiri Mənsur Əhməd Xanın sözlərinə görə, konfransın "Əfqanıstanda marağı olan bütün tərəflərinin" əsas nümayəndələrinin iştirakı nəzərdə tutulur. 

Qeyd olunur ki, Əfqanıstan Prezidentinin təhlükəsizlik və siyasi məsələlər üzrə müşaviri Mühammad Mohakik artıq tədbirdə iştirak etməyə razılıq verib.

Yerli Tolo News telekanalı bundan öncə bildirmişdi ki, bir sıra əfqan siyasətçilər, o cümlədən Əfqanıstanın keçmiş prezidenti Həmid Karzay və Milli Barışıq Şurasının rəhbəri Abdulla Abdulla radikal "Taliban"* hərəkatının nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohaya getməyə hazırlaşırlar.

Əfqanıstanda nə baş verir

Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarının əksəriyyətini ələ keçirərək iri şəhərlərə hücuma başlamış taliblər arasında qarşıdurma davam edir. Ölkədə qeyri-sabitlik ABŞ administrasiyasının sentyabrın 11-nə qədər ölkədən qoşunların çıxarılacağı barədə vədləri fonunda artır. 2020-ci ildə Vaşinqton və "Taliban" nümayəndələri Dohada son 18 ildən artıq bir müddət ərzində ilk sülh sazişini imzalayıblar. Həmin sənəd əcnəbi hərbi kontingentin ölkədən çıxarılmasını və əsirlərin mübadiləsindən sonra Əfqanıstan daxilindəki qüvvələr arasında dialoqun başlanmasını nəzərdə tutur.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb. 

Eləcə də oxuyun:

Xəbər lenti
0