Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həkimlərə aylıq həvəsləndirici əlavələrin verilməsinin şərtləri dəyişib - CƏDVƏL

© AFP 2024 / HANNAH MCKAYВрач в перчатках держит стетоскоп, фото из архива
Врач в перчатках держит стетоскоп, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası"na dəyişiklik edilib.

BAKI, 13 iyul — Sputnik. Həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin verilməsinin ümumi şərtləri dəyişib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası"na edilən dəyişiklikdə əksini tapıb.

İndiyə kimi reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində əlavələr hesablanıb. Dəyişikliyə əsasən, bundan sonra həm də intensiv terapiya və anesteziologiya, toksikologiya şöbələrində, intensiv terapiya bloklarında/bölmələrində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində bu hissə ilə nəzərdə tutulmuş əlavələr hesablanacaq.

© Photo : Azerbaijani State Agency of Mandatory Health Insurance
Həkimlərin vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələrin cədvəli - Sputnik Azərbaycan
1/4
Həkimlərin vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələrin cədvəli
© Photo : Azerbaijani State Agency of Mandatory Health Insurance
Həkimlərin vəzifə (tarif) maaşlarına tətbiq edilən aylıq sabit həvəsləndirici əlavələrin cədvəli - Sputnik Azərbaycan
2/4

3/4

4/4

Qeyd edək ki, indiyə qədər reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində normativlərlə bağlı əlavələr verilirdi. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (bölmələrinin) rəhbərlərinin, həkimlərinin və dispetçerlərinin aylıq vəzifə (tarif) maaşlarına əməyin ödənilməsi dərəcələrinə uyğun olaraq sabit həvəsləndirici əlavələr verilir. Sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə görə bir qrup səhiyyə işçisinə hər ay vəzifə (tarif) maaşının 15 faizi, xüsusilə təhlükəli və xüsusilə ağır olan əmək şəraitinə görə hər ay vəzifə (tarif) maaşının 20 faizi, insanın immunçatışmazlığı sindromu və ya insanın immunçatışmazlığı virusu ilə əlaqəli əmək şəraitinə görə isə hər ay vəzifə (tarif) maaşının 60 faizi miqdarında əlavə haqq verilir. Kənd və qəsəbələrdə yaşayış yerindən uzaq məsafədə çalışan və sabit həvəsləndirici əlavələr ödənilən həkimlərə eyni zamanda sabit əlavələr də ödənilir.

Eləcə də oxuyun:

Xəbər lenti
0