Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nadir Qafarzadə ötən gün söz-söhbətə səbəb olan fikirləri ilə bağlı açıqlama yayıb

© Photo : Instagram / nadirqafarzade_officialAzərbaycanlı müğənni Nadir Qafarzadə, arxiv şəkli
Azərbaycanlı müğənni Nadir Qafarzadə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
Ötən gün "Panturalı" ləqəbli bloger Tural Səfərov "açıq geyinən qadınları zorlayın" çağırışını etmişdi. Sözügedən mövzuya görə bloger sərt tənqid olunub.

BAKI, 13 iyul — Sputnik. Müğənni Nadir Qafarzadə ötən gün söz-söhbətə səbəb olan fikirləri ilə bağlı açıqlama yayıb. Sputnik Azərbaycan xəbər verir ki, özünün "Instagram" hesabında deyilənləri təkzib edib və bunun ona qarşı aparılan "qara piar" olduğunu deyib: "Son zamanlar mənə qarşı mənfi işlər gedir. Deyirlər, guya zorakılığı dəstəkləyirəm. Mənim nəyimə lazımdır, kim necə geyinir, harasını açıb. Hamı öz papağını qoysun başına, sahib çıxsın. İstəyirlər, çılpaq yox, anadangəlmə gəzsinlər. Mənim öz ailəm var. Bəzilərinin mövzusu bitib, mənim adımdan istifadə edirlər. Mən ifaçıyam, elə mövzulara qatılmıram. Zorakılıq nədir? Adam adama zorakılıq edər?"

O, həmçinin buna görə jurnalistləri də günahlandırıb: "Təzə mövzu axtarırlar. Bəzi cahil adamcıqlar da onların yazdıqlarına inanırlar. Ay sizi "it oynadan" bəzi "zurnalistlər"".

Xatırladaq ki, ötən gün "Panturalı" ləqəbli bloger Tural Səfərov "açıq geyinən qadınları zorlayın" çağırışını etmişdi. Bundan sonra Qafarzadə sözügedən paylaşımlardan birinə "Başıaçıqları, şalvar geyinənləri, feministləri zorlayıb iradımızı bildirəcəyik. Qarşı çıxan kişicikləri də... Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz" sözlərini yazmışdı. Sözügedən mövzuya görə bloger və müğənni sərt tənqid olunublar.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Tural Səfərovla bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Eləcə də oxuyun:

Xəbər lenti
0