Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Pedri Avropa çempionatının ən yaxşı gənc futbolçusu elan olunub

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidFutbol üzrə İspaniya millisinin hücumçusu Pedri Qonsales Lopes
Futbol üzrə İspaniya millisinin hücumçusu Pedri Qonsales Lopes - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
İspaniya millisinin 18 yaşlı hücumçusu komandasının Avropa çempionatındakı altı oyununun hamısında meydana çıxıb.

Futbol üzrə İspaniya millisinin oyunçusu Pedri AVRO-2020-nin ən yaxşı gənc oyunçusu elan olunub. Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilir.

18 yaşlı oyunçu AVRO-2020-də altı oyunda iştirak edib və demək olar ki, bütün oyunlarda sona qədər meydanda olub. "Barselona" komandasının şərəfini qoruyan hücumçu yalnız bir dəfə - İsveçrə millisinə qarşı 1/4 final oyununun 119-cu dəqiqəsində əvəz olunub (ispanların penalti seriyasında qələbəsi).

"O heyrətamiz, unikal futbolçudur. Bu turnirdə 18 yaşında Pedri kimi oyun oynayan olmayıb, heç Andres İnyesta da bu cür oynamayıb", - deyə İspaniya millisinin baş məşqçisi Luis Enrike bildirib.

İspaniya millisi AVRO-da yarımfinala qədər yüksəlib və finala vəsiqəni italyanlara, özü də oyundan sonrakı penaltilər seriyasında uduzub.

"Avropa çempionatının ən yaxşı gənc oyunçusu" mükafatı UEFA tərəfindən 2016-cı ildə təsis olunub. Mükafatın ilk sahibi portuqaliyalı yarımmüdafiəçi Renatu Sanşeş olub.

Xəbər lenti
0