CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aİ Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək

© AP Photo / Virginia MayoФлаг Европейского Союза (ЕС), фото из архива
Флаг Европейского Союза (ЕС), фото из архива  - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Aİ Cənubi Qafqaz ölkələrinin qarşılıqlı əlaqələrini və regional əməkdaşlığı dəstəkləyəcək, onların iştirakçısı olduğu Şərq Tərəfdaşlığı siyasətinin əlçatanlığını təmin edəcək.

BAKI, 12 iyul - Sputnik. Bazar ertəsi, iyulun 12-də Avropa İttifaqı Şurasının iclasında müzakirə olunacaq mövzulardan biri də Cənubi Qafqazdakı vəziyyət olacaq. 

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Aİ Şurası Litva, Avstriya və Rumıniya xarici işlər nazirlərinin Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri barədə məlumatlandırılacaq.

Bu nazirlər Josep Borrelin adından Cənubi Qafqaz ölkələrinin rəhbərlərinə Aİ-nin regiondakı münaqişələrin həllində aktiv oyunçu olmaq barədə vədlərini çatdırmışdılar. 

Aİ Cənubi Qafqaz ölkələrinin qarşılıqlı əlaqələrini və regional əməkdaşlığı dəstəkləyəcək, onların iştirakçısı olduğu Şərq Tərəfdaşlığı siyasətinin əlçatanlığını təmin edəcək.

Qeyd olunur ki, iclasda həmçinin xarici qoşunların çıxarılmasından sonra Əfqanıstanda vəziyyət, Afrikada münaqişələr, eləcə də Aİ-nin xarici rəqəmsal siyasəti müzakirə olunacaq.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borrell iclasdan sonra regional iştirakçılar və digər maraqlı tərəflərlə Əfqanıstan üzrə danışıqlarda iştirak etmək üçün Daşkəndə gedəcək.

Üç nazirin Bakıya səfəri 

İyunun 25-də Avropa İttifaqının (Aİ) üzv ölkələri, Avstriya Respublikasının xarici işlər naziri Aleksandr Şallenberq, Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis və Rumıniya Respublikasının xarici işlər naziri Boqdan Aureskunun rəhbərliyi altında nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində nazir Ceyhun Bayramovun qarşı tərəflə görüşü keçirilib.

Görüşdə Azərbaycan tərəfindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.

Görüşdə tərəflər münaqişə sonrası bölgədə mövcud olan vəziyyət ətrafında geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi bölgədə mövcud olan cari vəziyyət, azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, həyata keçirilən quruculuq və bərpa işlər barədə məlumat verib. Azərbaycanın üçtərəfli bəyanatın icrası ilə əlaqədar həyata keçirdiyi tədbirlər, o cümlədən humanitar sahədə görülən işlərdən bəhs edilib.

Azərbaycanın dialoqa və beynəlxalq təşkilatlarla əməkdaşlığa hər zaman əhəmiyyət verdiyi vurğulanıb. BMT-nin müvafiq qurumlarının Azərbaycanın azad edilmiş ərazilərinə missiyalarını qəbul etməyə hazır olduğumuz, YUNESKO və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bununla bağlı cavab gözlədiyimiz qarşı tərəfin diqqətinə çatdırılıb.

Tərəflər cari vəziyyətdə bölgədə sülh və dayanıqlı inkişafın təmin edilməsi yolları, o cümlədən etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi, birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

 

Eləcə də oxuyun:

Xəbər lenti
0