QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İtaliyalı senatorlar: "Ermənistan mina xəritələrinin hamısını təqdim etməlidir"

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAğdamda mina sahəsi
Ağdamda mina sahəsi - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
Keçən ilin noyabr ayından bəri minaların partlamasından 150 nəfərə yaxın azərbaycanlı həyatını itirib və yaralanıb ki, bunların da əksəriyyəti mülki vətəndaşlardır.

BAKI, 7 iyul — Sputnik. İtaliya Senatında "İrəli, İtaliya" Partiyası siyasi qrupunun sədr müavini senator Maria Rizzotti və "İrəli, İtaliya" Partiyasının üzvü senator Urania Papatheu Ermənistanın işğal dövründə Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minalara dair xəritələrin Azərbaycan tərəfinə təqdim edilməsi haqqında 12 iyun və 3 iyul 2021-ci il tarixlərində əldə edilən razılaşmalarla bağlı İtaliya mətbuatına açıqlamalar veriblər.

Sputnik Azərbaycan xəbər verir ki, senator Maria Rizzotti İtaliyanın "Agenparl" xəbər agentliyinə açıqlamasında Rusiyanın təşəbbüsü ilə Ermənistan tərəfindən işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırılmış təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələrin Azərbaycan tərəfinə təqdim edilməsini xoş xəbər adlandırıb.

O, Azərbaycan tərəfinin humanist addım olaraq 15 nəfər ermənini Ermənistana qaytardığını qeyd edib: "Bu, tərəflər arasında oxşar məzmunlu artıq ikinci razılaşmadır, ilk razılaşma cari ilin 12 iyun tarixində Ermənistan tərəfindən Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Azərbaycana təqdim edilməsi müqabilində, Azərbaycan tərəfi saxlanılan 15 nəfər ermənini Ermənistana təhvil vermişdir.

Ağdam, Fizuli və Zəngilan Ermənistanın işğalından azad olunmuş rayonlardan yalnız bir hissəsidir, bu səbəbdən də bütün işğaldan azad edilmiş ərazilər üzrə tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Ermənistan tərəfindən təqdim edilməsi vacibdir".

İtaliyalı parlamentari bildirib ki, 30 illik münaqişə zamanı minlərlə azərbaycanlı Ermənistan tərəfindən yerləşdirilmiş minaların partlamasının qurbanları olublar.

"Keçən ilin noyabr ayından bəri minaların partlamasından 150 nəfərə yaxın azərbaycanlı həyatını itirib və yaralanıb ki, bunların da əksəriyyəti mülki vətəndaşlardır. Mina xəritələrinin təhvil verilməsi on minlərlə günahsız insanın həyatını xilas edəcək və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin sürətləndirilməsinə, habelə Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin normallaşması prosesinə şərait yaradacaqdır ki, bunun üçün isə ilkin şərt iki ölkə arasında suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında sülh müqaviləsinin imzalanmasıdır", - deyə senator Rizzotti fikirlərini tamamlayıb.

Senator Urania Papatheu isə İtaliyanın ANSA, Agenparl, Askanews və Agenzia Nova xəbər agentliklərinə açıqlamasında Ermənistanla Azərbaycanın mina xəritələri ilə bağlı əldə etdiyi razılığa görə məmnunluğunu ifadə edib.

"Ermənistanın Ağdam rayonunda yerləşdirilmiş 97.000 tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində Azərbaycanın saxlanılan 15 nəfər erməni əsilli şəxsi təhvil verdiyi anlaşmaya görə məmnunam. Azərbaycan və Ermənistan arasında sülh prosesinə şərait yaradan bu xəbər çox sevindiricidir. Müharibələrdə həmişə ən çox əziyyət çəkən mülki şəxslərdir. BMT Baş katib Antonio Gutyereşin qeyd etdiyi kimi, mülki əhalinin yaşadığı ərazilərdə partlayıcı silahların istifadəsi humanitar səviyyədə yüksək fəlakətə səbəb olur", - deyə senator bildirib.

Senator əlavə edib ki, 1990-cı illər münaqişənin başlanğıcından indiyədək Azərbaycanda minlərlə şəxs mina partlayışlarının qurbanı olub, ötən ilin noyabrından bəri isə əksəriyyəti mülki şəxslər olmaqla təxminən 150 ölüm və xəsarət halları baş verib ki, bunlar da çox faciəvi rəqəmlərdir.

İtaliyalı senatorların açıqlamaları ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://agenparl.eu/azerbaigian-rizzotti-fi-buona-notizia-consegna-mappe-territori-minati-da-armenia/

https://agenparl.eu/azerbaigian-papatheu-fi-grande-soddisfazione-per-intesa-con-armenia-su-mine/

Mina xəritələrinin verilməsi

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Eləcə də oxuyun:

Xəbər lenti
0