CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fransa səfiri son baş verənlər haqda: "Bu, vacib addımdır"

© Sputnik / Murad OrujovПосол Франции в Азербайджане Закари Грос
Посол Франции в Азербайджане Закари Грос - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
İndiyədək Ermənistan Azərbaycana vaxtilə işğal etdiyi ərazilərdən yalnız üç rayonun mina xəritəsini verib.

 

BAKI, 6 iyul — Sputnik. Fransa 15 erməninin azad edilməsini və Füzuli və Zəngilan bölgələrinin mina xəritələrinin Azərbaycana təhvil verilməsini alqışlayır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross öz "Twitter" səhifəsində yazıb.

Səfir qeyd edib ki, bu, gərginliyi azaltmaq və tərəflər arasında etimadı artırmaq üçün vacib addımdır: "Sülh üçün müsbət dinamikadır".

Qeyd edək ki, indiyədək Ermənistan Azərbaycana vaxtilə işğal etdiyi ərazilərdən yalnız üç rayonun mina xəritəsini verib.

Mina xəritələrinin verilməsi

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

İyulun 3-də isə Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Əvəzində Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Eləcə də oxuyun:

Xəbər lenti
0