İtaliya KİV-ləri çərşənbə günü bu ölkənin yığmasının qələbəni bayram etdiyi kadrları yayıb: Bonuççi azarkeşlərlə sevincini bölüşmək üçün tribunaya yaxınlaşıb və demək olar ki, fanatların lap yanına gəlib. Bundan sonra o geri dönərək meydana qayıtmaq istəyib, lakin bu zaman xanım stüard onu azarkeş bilib saxlayaraq əli ilə tribunaya qayıtmaq işarəsini verib. Bonuççinin üzündə əvvəlcə anlaşılmazlıq ifadəsi görünüb, lakin ardınca futbolçu gülümsəyərək stadionun əməkdaşını bağrına basıb.
Digər bir gülməli epizod da elə italyanlar "Uembli"də qələbəyə sevindikləri zaman baş verib. Komandanın yarımmüdafiəçisi Marko Verratti sevinən oyunçular arasında naməlum adam görüb. Videoçarxlardan görünür ki, Verratti gülərək azarkeşdən onun kim olduğunu soruşub. Bundan sonra təhlükəsizlik xidmətinin əməkdaşları qayda pozucusunu meydandan kənarlaşdırıblar.