SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ komissarı Oliver Varhelyi Bakıya gəlib

© © Francois Walschaerts / Pool Photo via APОливер Вархели, фото из архива
Оливер Вархели, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
Varhelyi Azərbaycan Prezident Administrasiyasının rəhbəri, xarici işlər naziri, eləcə də iqtisadiyyat və nergetika nazirliklərinin rəhbərliyi ilə görüşəcək.

BAKI, 7 iyul – Sputnik. Aİ-nin Genişlənmə və Qonşuluq Siyasəti üzrə Komissarı Oliver Varhelyi Azərbaycana gəlib.

Varhelyi Cənubi Qafqaz turuna Gürcüstanla başlayıb və Ermənistanda bitirəcək.

Azərbaycanda Varhelyinin Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, xarici işlər naziri Ceyhun Bayramov, habelə iqtisadiyyat və energetika nazirliklərinin rəhbərləri Mikayıl Cabbarov və Pərviz Şahbazov və digər rəsmi şəxslərlə görüşü planlaşdırılıb.

Avropa Komissarının Cənubi Qafqaza səfəri çərçivəsində Aİ-nin bölgə üçün iqtisadi və investisiya planını təqdim edəcəyi gözlənilir. Bu plan Şərq Tərəfdaşlığı ölkələrinin postpandemiya dövründə yenidən qurulması üçün 2,3 milyard avro ayırmağı nəzərdə tutur. Plana iqtisadiyyatı və iş yerlərini artırmaq, qanunun aliliyi və demokratik institutları gücləndirmək, yaşıl və rəqəmsal texnologiyalara dəstək tədbirləri daxildir.

Alternativsiz addımlara gərək varmı

Şərq Tərəfdaşlığı layihəsi altı keçmiş sovet respublikası - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna ilə əlaqələrin inkişafına yönəlmişdi. Aİ son üçü ilə assosiasiya müqavilələri bağlayıb.

Bu arada, mütəxəssislərin fikrincə, postsovet ölkələri Şərq Tərəfdaşlığına olan marağı açıq şəkildə itirirlər, çünki təşəbbüsün mənası səhv başa düşülüb.

"Tərəfdaşlıq heç vaxt Aİ-yə keçid məntəqəsi olmayıb. Bu, yalnız Avropa ilə institusionallaşmış əməkdaşlıq formatıdır. Minsk Aİ-nin sanksiyalarına cavab olaraq layihədəki üzvlüyünü dayandırıb. Avropalılarla  Azərbaycan arasında da anlaşmazlıq var", - Rusiya Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Dmitri Ofitserov-Belski deyib.

Xatırladaq ki, hələ 2019-cu ildə Azərbaycan lideri İlham Əliyev Avropaya inteqrasiyada bundan sonrakı addımlarda heç bir mənanın olmadığını, üstəlik "bunların nəticəsiz qalacaqlarını" söyləyib.

Rumıniya, Avstriya və Litva xarici işlər nazirlərinin bölgəyə səfəri

Keçən həftə Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirləri Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrelin tapşırığı ilə Azərbaycan, Ermənistan və Gürcüstana gəldilər. Onlar Respublikada olduqları müddətdə Prezident İlham Əliyev tərəfindən qəbul edildilər, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müdiri Ceyhun Bayramovla görüş keçirildi.

Turun məqsədi Aİ-nin Cənubi Qafqazın üç ölkəsində cərəyan edən hadisələrdə daha yaxından iştirak etməyə hazır olduğunu təsdiqləmək idi.

"Bu bölgə bizim yaxın qonşumuzdur, bu bölgədəki sabitlik, təhlükəsizlik və rifah Aİ üçün vacibdir. Bu bölgədə gedən proseslərdə iştirak etməliyik, burada maraqlarımız var. Cənubi Qafqazı digər aktyorların öhdəsinə buraxa bilmərik və bunu etməməliyik", - deyə Avstriya Xarici İşlər Naziri Aleksander Şallenberg bildirib.

Eləcə də oxuyun:

Xəbər lenti
0