CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avropa İttifaqı Qarabağda münaqişədən zərərçəkənlərə milyonlarla avro yardım ayırdı

© AFP 2023 / FRANCOIS WALSCHAERTSФлаг Европейского Союза (ЕС), фото из архива
Флаг Европейского Союза (ЕС), фото из архива - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
Avropa İttifaqı münaqişədən zərər çəkən şəxslərin əsas ehtiyaclarını qarşılamaq və öz həyatlarını yenidən qurmaq üçün onlara olan dəstəyi əhəmiyyətli dərəcədə artırır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi zamanı zərərçəkənlərə dəstək olmaq məqsədilə əlavə 10 milyon avro ayırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidməti məlumat yayıb.

"Cənubi Qafqazda dayanıqlılığı və sülh quruculuğunu gücləndirmək səyləri çərçivəsində Komissiya bu gün Qarabağda və Qarabağ ətrafında son münaqişədən zərərçəkən mülki insanlara kömək məqsədilə çox erkən bərpa işləri də daxil olmaqla, əlavə 10 milyon avroluq humanitar yardım ayırır.

Bununla da, 2020-ci ilin sentyabrında döyüşlərin başlamasından sonra Avropa İttifaqının ehtiyacı olan şəxslərə ayırdığı məbləğin həcmi 17 milyon avronu keçir", - deyə məlumatda bildirilir.

Aİ-nin Böhran İdarə olunması Komissarı Yanez Lenarçiç bildirib ki, region ölkələrində humanitar vəziyyət qurumun diqqətindədir: "Çünki COVID-19 pandemiyasının yayılması konfliktin nəticələrini daha da ağırlaşdırır. Avropa İttifaqı münaqişədən zərər çəkən şəxslərin əsas ehtiyaclarını qarşılamaq və öz həyatlarını yenidən qurmaq üçün onlara olan dəstəyi əhəmiyyətli dərəcədə artırır".

Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi isə öz növbəsində qeyd edib:

"Ötən ilin sonunda söz verdiyimiz kimi biz bu gün münaqişədən daha çox əziyyət çəkən insanlara əlavə kömək göstəririk".

O, həmçinin bildirib ki, Aİ-nin dəstəyi bununla bitməyəcək.

Qeyd olunur ki, Aİ tərəfindən ayrılan maliyyə qida məhsulları, gigiyena və ev təmizliyi vasitələri, tibbi xidmət də daxil olmaqla ilkin yardım göstərilməsinə imkan verəcək. Bildirilir ki, yardım, məcburi köçkünlər, repatriantlar və ev sahibi icmalar da daxil olmaqla, münaqişədən zərərçəkən ən həssas insanlara fayda gətirəcək.

Eləcə də oxuyun:

* "ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidir"

* Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri başqası ilə əvəz olunacaq - İddia

* Düşənbədə KTMT-nin XİN rəhbərləri görüşürlər: Gündəmdə Bakı və Yerevandır

Xəbər lenti
0