FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Alov və kül: Azərbaycandakı palçıq vulkanları necə görünür

Abunə olmaq
Dünən Xəzərin sahilindən 30 kilometr aralıda yerləşən Daşlı adasında palçıq vulkanı püskürüb. Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yerdədir. Onlardan bəzilərini Sputnik Azərbaycan-ın fotolentindən izləyə bilərsiniz.

Dünən sahildən 30 kilometr aralıda yerləşən Daşlı adasında palçıq vulkanı püskürüb. Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yerdədir. Onlardan bəzilərini Sputnik Azərbaycanın fotolentindən izləyə bilərsiniz.

Azərbaycanda təxminən 350 palçıq vulkanı mövcuddur. Yeri gəlmişkən, el arasında onları "yanardağ", "qaynaca" və ya "bozdağ" da adlandırırlar.

Palçıq vulkanları turistlərin diqqətini adi vulkanlardan heç də az cəlb etmir. Əbəs yerə xarici nəşrlərdə ölkəmizin görməli yerləri arasında qeyri-adi vulkan kraterləri də yer almır.

Üstəlik, belə vulkanların bir çoxunun lavasından müalicəvi məqsədlə istifadə olunur.

Azərbaycanda 2019-cu ildən qüvvədə olan proqrama əsasən, palçıq vulkanları ərazisində tibb müəssisələri də daxil olmaqla, geniş turizm infrastrukturunun formalaşdırılması nəzərdə tutulub.

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidDaşlı adasında palçıq vulkanın püskürməsi.
Взрыв и пожар в азербайджанском секторе Каспийского моря - Sputnik Azərbaycan
1/12
Daşlı adasında palçıq vulkanın püskürməsi.
© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidDaşlı adasında palçıq vulkanın püskürməsi.
Пожар в азербайджанском секторе Каспийского моря - Sputnik Azərbaycan
2/12
Daşlı adasında palçıq vulkanın püskürməsi.
© Photo : А.ЧебанAzərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənib.
Грязевые вулканы Азербайджана - Sputnik Azərbaycan
3/12
Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Palçıq vulkanların 1/3 hissəsi Azərbaycanda, 16000 km² ərazidə cəmlənib.
© Photo : А.ЧебанAzərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.
Грязевые вулканы Азербайджана - Sputnik Azərbaycan
4/12
Azərbaycanda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və Gürcüstan sərhədləridir.
© Photo : А.ЧебанÖlkə ərazisində 1810-cu ildən 50 vulkandan təxminən 200 püskürmə hadisəsi baş verib.
Грязевые вулканы Азербайджана - Sputnik Azərbaycan
5/12
Ölkə ərazisində 1810-cu ildən 50 vulkandan təxminən 200 püskürmə hadisəsi baş verib.
© Photo : А.Чебанİddia olunur ki, Azərbaycanda ilk palçıq vulkanlarının püskürməsi 25 milyon il əvvəl olub. Torağay vulkanında 1841-1950-ci illərdə beş dəfə püskürmə baş verib.
Грязевые вулканы Азербайджана - Sputnik Azərbaycan
6/12
İddia olunur ki, Azərbaycanda ilk palçıq vulkanlarının püskürməsi 25 milyon il əvvəl olub. Torağay vulkanında 1841-1950-ci illərdə beş dəfə püskürmə baş verib.
© Photo : А.ЧебанPalçıq vulkalarının püskürməsi güclü partlayışlarla və yeraltı səslərlə müşayiət olunur. Yerin altından qazlar çıxır və dərhal alovlanır. Bəzən alovun hündürlüyü 100 metrə qədər çatır. Belə bir hadisə Qarasu vulkanında müşhaidə edilib.
Грязевые вулканы Азербайджана - Sputnik Azərbaycan
7/12
Palçıq vulkalarının püskürməsi güclü partlayışlarla və yeraltı səslərlə müşayiət olunur. Yerin altından qazlar çıxır və dərhal alovlanır. Bəzən alovun hündürlüyü 100 metrə qədər çatır. Belə bir hadisə Qarasu vulkanında müşhaidə edilib.
© Photo : А.ЧебанVulkanlar həmişə insanları qorxudublar; hətta müvafiq biliklərə və texnikaya malik müasir insan bu təbiət hadisəsinin qarşısını ala bilmir. Qədimdə insanların vulkanlardan necə qorxduqlarını təsəvvür etmək olar.
Грязевые вулканы Азербайджана - Sputnik Azərbaycan
8/12
Vulkanlar həmişə insanları qorxudublar; hətta müvafiq biliklərə və texnikaya malik müasir insan bu təbiət hadisəsinin qarşısını ala bilmir. Qədimdə insanların vulkanlardan necə qorxduqlarını təsəvvür etmək olar.
© Photo : А.ЧебанAdətən palçıq vulkanlarına neft və qaz yataqlarının yaxınlığında təsadüf olunur. Adi vulkanların vurduğu hədsiz maliyyə itkilərindən fərqli olaraq, palçıq vulkanlarından neft kəşfiyyat quyusu kimi də istifadə oluna bilər. Adi neft quyusunun dərinliyi 10-12 km-ə çatır və qazılması üçün milyonlarla dollar vəsait tələb olunur.
Грязевые вулканы Азербайджана - Sputnik Azərbaycan
9/12
Adətən palçıq vulkanlarına neft və qaz yataqlarının yaxınlığında təsadüf olunur. Adi vulkanların vurduğu hədsiz maliyyə itkilərindən fərqli olaraq, palçıq vulkanlarından neft kəşfiyyat quyusu kimi də istifadə oluna bilər. Adi neft quyusunun dərinliyi 10-12 km-ə çatır və qazılması üçün milyonlarla dollar vəsait tələb olunur.
© Photo : А.ЧебанPalçıq vulkanları inşaatda geniş istifadə olunan təbii xammal kimi də qiymətli və əvəzsizdir. Vulkan gili tikinti üçün yararlıdır. Vulkan gilindən istifadə olunan kərpic isə yüksək keyfiyyətinə görə fərqlənir. Palçıq vulkanlarının iqtisadi sərfəliliyinin başqa bir tərəfi onun rekreasiya (istirahət) əhəmiyyətli təbii ehtiyat olmasından irəli gəlir.
Грязевые вулканы Азербайджана - Sputnik Azərbaycan
10/12
Palçıq vulkanları inşaatda geniş istifadə olunan təbii xammal kimi də qiymətli və əvəzsizdir. Vulkan gili tikinti üçün yararlıdır. Vulkan gilindən istifadə olunan kərpic isə yüksək keyfiyyətinə görə fərqlənir. Palçıq vulkanlarının iqtisadi sərfəliliyinin başqa bir tərəfi onun rekreasiya (istirahət) əhəmiyyətli təbii ehtiyat olmasından irəli gəlir.
© Photo : А.ЧебанPalçığın tərkibi çox lazımlı mikroelementlərlə zəngin olduğundan, onların çoxu müalicəvi əhəmiyyətə malikdir. Hələ 1980-ci illərdə ölkənin 16 tibb müəssisəsində vulkan palçığı poliartrit, radikulit, hepatit, bir çox dəri xəstəliklərinin və əsəb sisteminin müalicəsində tətbiq edilirdi.
Грязевые вулканы Азербайджана - Sputnik Azərbaycan
11/12
Palçığın tərkibi çox lazımlı mikroelementlərlə zəngin olduğundan, onların çoxu müalicəvi əhəmiyyətə malikdir. Hələ 1980-ci illərdə ölkənin 16 tibb müəssisəsində vulkan palçığı poliartrit, radikulit, hepatit, bir çox dəri xəstəliklərinin və əsəb sisteminin müalicəsində tətbiq edilirdi.
© Photo : А.Чебан
Dünya təcrübəsində palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil edilir, müalicəvi əhəmiyyətli kurortlar salınır. Bu ölkələr rekreasiya əhəmiyyətli resurslarından bacarıqla istifadə edərək milyonlarla gəlir əldə edirlər.
Грязевые вулканы Азербайджана - Sputnik Azərbaycan
12/12

Dünya təcrübəsində palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil edilir, müalicəvi əhəmiyyətli kurortlar salınır. Bu ölkələr rekreasiya əhəmiyyətli resurslarından bacarıqla istifadə edərək milyonlarla gəlir əldə edirlər.
Xəbər lenti
0