Dünən sahildən 30 kilometr aralıda yerləşən Daşlı adasında palçıq vulkanı püskürüb. Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yerdədir. Onlardan bəzilərini Sputnik Azərbaycanın fotolentindən izləyə bilərsiniz.
Azərbaycanda təxminən 350 palçıq vulkanı mövcuddur. Yeri gəlmişkən, el arasında onları "yanardağ", "qaynaca" və ya "bozdağ" da adlandırırlar.
Palçıq vulkanları turistlərin diqqətini adi vulkanlardan heç də az cəlb etmir. Əbəs yerə xarici nəşrlərdə ölkəmizin görməli yerləri arasında qeyri-adi vulkan kraterləri də yer almır.
Üstəlik, belə vulkanların bir çoxunun lavasından müalicəvi məqsədlə istifadə olunur.
Azərbaycanda 2019-cu ildən qüvvədə olan proqrama əsasən, palçıq vulkanları ərazisində tibb müəssisələri də daxil olmaqla, geniş turizm infrastrukturunun formalaşdırılması nəzərdə tutulub.
Dünya təcrübəsində palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil edilir, müalicəvi əhəmiyyətli kurortlar salınır. Bu ölkələr rekreasiya əhəmiyyətli resurslarından bacarıqla istifadə edərək milyonlarla gəlir əldə edirlər.