CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yulmann: Eriksen AVRO-2020-nin yarımfinalında bizimlə olacaq

© Matthew Lewis - Powered by Getty Images/UEFAКапитаны сборной Чехии и Дании Томаш Соучек (слева) и Симон Кьер (второй справа)
Капитаны сборной Чехии и Дании Томаш Соучек (слева) и Симон Кьер (второй справа) - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Abunə olmaq
Futbol üzrə Avropa çempionatında Danimarkanın ilk oyununda Kristian Eriksen meydançada ürəktutması keçirmişdi.

Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksenin başına gələn hadisə bütün dünyaya futbolun fundamental dəyərlərini xatırlatdı, o, Avropa çempionatının yarımfinalında komandanın yanında olacaq.

Bunu Danimarka millisinin baş məşqçisi Kasper Yulmann deyib.

Şənbə günü Danimarka yığması AVRO-nun dörddəbir finalında Çexiya komandasını 2:1 hesabı ilə məğlub edib. Turnirin finlərə qarşı ilk oyununda (0:1) Eriksenin meydançada ürəyi dayanmışdı. Bir neçə gün sonra o, əməliyyat olunaraq ürəyinə kardioverter-defibrillyator qoyuldu.

"Əlbəttə, o hadisədən sonra hər tərəfdən dəstək hiss edirəm. Hesab edirəm ki, bütün futbol aləmi bu oyunun özündə hansı fundamental dəyərləri ehtiva elədiyini yadına saldı. Biz bu oyunu niyə oynamağa başladığımızı yadımıza saldıq. Mən hər gün, hər zaman Kristian haqda düşünürəm, o burada, sahədə olmalı idi. Onun sağ qaldığına, bu turnirdəki yolumuzda bizimlə birlikdə olduğuna görə xoşbəxtik. "Uembli"də də belə olacaq", - Yulmann jurnalistlərə deyib.

Xəbər lenti
0