SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin növbəti diplomatik uğuru - Deputatlar mina xəritələrinin alınması haqda

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Abunə olmaq
Parlamentarilər bildirir ki,  Ağdamdan sonra ən böyük infrastruktur layihələri hazırda Füzulidə həyata keçirildiyi üçün bu rayon işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin aparılması baxımından strateji əhəmiyyət kəsb edir.

 

BAKI, 4 iyul — Sputnik. Milli Məclisin deputatları Füzuli və Zəngilan rayonlarında minalara dair xəritələrin Azərbaycana təhvil verilməsini şərh ediblər. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, Milli Məclis Müdafiə və təhlükəsizlik komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində basdırılmış minalara dair xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur:

"Çünki Ağdamdan sonra ən böyük infrastruktur layihələri hazırda Füzulidə həyata keçirildiyi üçün bu rayon işğaldan azad edilən ərazilərdə quruculuq işlərinin aparılması baxımından strateji əhəmiyyət kəsb edir. Füzulidə beynəlxalq aeroport tikilir, Şuşaya, Qubadlı-Laçın istiqamətində yollar çəkilir. Zəngəzur koridorunun fəaliyyətə başlamasına hazırlıq üçün Füzuli və Zəngilan rayonlarında avtomobil və dəmir yolları infrastrukturu yenidən qurulur.

Buna görə də ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Mina xəritələrinin təqdim olunması quruculuq işlərinin aparılması prosesini sürətləndirəcək. Digər tərəfdən, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək".

Parlamentin komitə sədri qeyd edib ki, bütün bunlar nəzərə alındıqda, Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə bildirib ki, Ağdamdan sonra Füzuli və Zəngilan rayonları 30 illik işğal dövründə ən çox minalanmış ərazilər olub: "İyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində basdırılmış minalara dair xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur”.

F. Ağamalı deyib ki, humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib: “Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək”.

Deputat qeyd edib ki, Ağdamdan sonra ən böyük infrastruktur layihələri isə hazırda Füzulidə həyata keçirilir: “Füzulidə beynəlxalq aeroport tikilir, Şuşaya, Qubadlı-Laçın istiqamətində yollar çəkilir. Bir sözlə, Füzuli strateji əhəmiyyət kəsb edir, bütün yol-nəqliyyat infrastrukturunun bu ərazidən keçir. Bu baxımdan Qarabağda aparılacaq quruculuq işlərində Füzuli rayonun xüsusi yer tutacaq. Digər tərəfdən, Zəngəzur koridorunun fəaliyyətə başlamasına hazırlıq üçün Füzuli və Zəngilan rayonlarında avtomobil və dəmir yolları infrastrukturu yenidən qurulmalıdır. Bunun üçün isə ərazilərin minalardan təmizlənməsi vacibdir. Bu baxımdan mina xəritələrinin təqdim olunması bu prosesi də sürətləndirəcək. Bir daha qeyd etmək istərdim ki, Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur”.

Mina xəritələrinin verilməsi

İyulun 3-də Ermənistan Azərbaycanın 15 erməni silahlısını azad etməsi müqabilində Füzuli və Zəngilanda basdırdığı 92 mindən çox minanın xəritələrini təqdim edib.

2021-ci il iyunun 12-də isə Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Həmçinin oxuyun:

Bakı Rusiya vasitəsilə Yerevandan daha iki rayonun mina xəritəsini aldı

ATƏT-dən və Avropa İttifaqından mina xəritələrinin verilməsi ilə bağlı açıqlama

Xəbər lenti
0