Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2020-də Danimarka nağılı: Bakıdakı oyunun başlanğıcında yaşanan şok və sərt futbol

© Sputnik / Murad OrujovDanimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçında.
Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçında.  - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Abunə olmaq
Futbol üzrə Avropa çempionatının Bakıdakı dörddəbir final oyununda üç qoldan ikisi oyunun birinci hissəsində vurulub.

BAKI, 4 iyul — Sputnik. Danimarka millisi Bakıda keçirilən AVRO-2020 dörddəbir final oyununda Çexiya millisinə 2:1 hesabı ilə qalib gəlib. Hesab artıq oyunun 5-ci dəqiqəsində açılıb, danimarkalıların heyətində Tomas Dileyni fərqlənib. İkinci qolu danimarkalılar oyunun birinci hissəsinin sonlarında vurublar – Kasper Dolberq topu rəqib komandanın qapısına göndərib.

Çexlər ikinci hissənin əvvəlində cavab topunu vurublar, 49-cu dəqiqədə Patrik Şik hesabda fərqi azaldıb.

Komandalar arasında qarşıdurmanın tarixi

Danimarka və Çexiya milli komandaları (o cümlədən Çexoslovakiya) bütün tarixləri dövründə 25 dəfə qarşı-qarşıya gəliblər. Bu oyunlarda 12 dəfə çexlər qalib gəlib, 11 dəfə isə heç-heçə qeydə alınıb. Yalnız iki oyunda qələbəni danimarkalılar bayram ediblər.

Bu komandalar arasında ilk oyun 1922-ci ildə Kopenhagndə baş tutub və əmin arşılaşmada çexlər 3:0 hesabı ilə qalib gəliblər. Bu qarşılaşmalarda ən böyük qələbəsini Çexiya millisi 1973-cü ildə qazanıb. Belə ki, dünya çmpionatının seçmə mərhələsinin Praqada keçirilən oyununda meydan sahibləri 6:0 hesabı ilə qalib gəliblər. Danimarka millisi isə 2001 və 2013-cü illərdə müvafiq olaraq 2:1 və 3:0 hesabı ilə qalib gəlib.

Sonuncu dəfə Danimarka və Çexiya milliləri 2016-cı ilə yoldaşlıq görüşündə üz-üzə gəliblər və oyun sülhlə nəticələnib (1:1).

Danimarkalılar oyuna azarkeşlik etməyə, azərbaycanlılar isə istirahət etməyə gəlmişdilər

Gözlənildiyi kimi, Bakı Olimpiya stadionunda çex azrkeşlərun sayı danimarkalı futbol fanatlarından qat-qat az idi. Çexiyalı azarkeşlər üçün Praqadan Bakya çarter reysi təşkil olunmuşdu, lakin oyuna gəlmək istəyənlərin sayı az olduğundan reys lağv olunub. Çexiyalı azarkeşləri qorxudan qiymətlər və Azərbaycandan Vətənə qayıtdıqdan sonra 10 gün müddətində karantində qalmaq zərurəti olub.

Danimarkalı azarkeşlər demək olar ki stadionun üç sektorunu doldurmuşdular və fəal surətdə öz milli komandalarını mahnılar, şüarlar və çağırışlarla dəstələyirdilər. Ümumilikdə isə paytaxt stadionunun tribunaları qrup mərhələsinin Türkiyə komandasının iştirakı ilə keçirilən oyunlarına nisbətən daha az dolmuşdu.

© Sputnik / Murad OrujovDanimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçında
AVRO-2020-də Danimarka nağılı: Bakıdakı oyunun başlanğıcında yaşanan şok və sərt futbol - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçında

Azərbaycanlı azarkeşlər isə sadəcə olaraq müxtəlif illərdə Avropa çempionu olmuş komandaların iştirakı ilə keyfiyytli futbola baxmağa gəlmişdilər. Bakılılar sadəcə futboldan həzz almağa gəlmişdilər.

Oyunun əvvəlində Çexiya millisi şok keçirdi

Çexiya millisi oyun üçün kifayət qədər ehtiyatlı sxem seçmişdi – Patrik Şikin qismində bir nominal hücumçu, gücləndirilmiş orta xətt və dörd müdafiəçi. Komandanın kapitanı daidanın adı ərizədə olsa da, start heyətində meydanda görünmədi. Danimarkalıların kapitanı Kyer isə start heyətində meydanda idi. Skandinaviyalılar start heytəində müdafiə və hücumda üç oyunçu çıxarmaqla hücum üslubunu seçmişdilər.

Oyun çexlər üçün başgicəlləndirici başlandı. Danimarkalıların elə ilk hücumu qolla nəticələdi. Künc zərbəsindən sonra Tomas Dileyni topu başı ilə tora göndərib.

Bu qoldan sonra danimarkalıların daha bir neçə dəfə çexləri meydanı mərkəzinə dəvət etmək imkanları oldu, lakin çexlər Niderland yığması ilə oyunda olduğu kimi (2:0) təşəbbüsü ələ ala bildilər və rəqibi sıxışdırmağa başladılar. Bundan əlavə Bakının istisi də öz təsirini göstərdi və oyunun sürəti o qədər də çox deyildi. Amma fiziki mübarizə epizodları oyunda kifayət qədər idi. Çexlər daha sərt oynayır, danimarkalılar isə daha səlis hərəkət edərək əks-hücumlara qaçmağa çalışırdılar.

Belə əks-hücumlardan biri 42-ci dəqiqədə qolla nəticələndi – Yoakim Mele sol cinahdan sağ pəncəsi ilə cərimə meydançasına ötürmə etdi və Kasper Dolberq isə onu qola çevirdi. Bununla da Danimarka millisi yarımfinala çıxmaq yolunda ciddi addım atdı, çexlər isə təşəbbüs əllərində olmasına rəğmən, heç bir nəticə əldə edə bilmədilər.

Bakıda yenə qan töküldü

İkinci hissədə çexlər iki hücumçu ilə oyuna başladılar və bu dərhal nəticəsini verdi. Əvvəlcə bir neçə dəfə onlar uzaqdan qapıya zərbə vurdular, 49-cu dəqiqədə isə patrik Şik danimarkalıların cərimə meydançasında ötürmə alaraq topu qapıya vurdu. Əfasanəvi Peter Şmeyxelin oğlu Kasper Şmeyxel bu zərbənin qarşısını ala bilmədi.

Ümumilikdə bundan sonra oyunda ciddi dəyişiklik olmadı. Meydanda çoxlu fiziki və sərt mübarizə vardı. Belə ki, danimarkalıların yarımmüdafiəçisi Poulsen ayqqabısının altı ilə Tomas Souçekin başını yardı. Lakin bu Soumeki mübarizədən saxlamadı və o bütün qalan oyunu sarğılı başla oynadı. Oyun əsnasında onun başından bir dəfə də qanaxma baş verdi və onun sarğısı dəyişdirildi beləliklə, sarğılı futbolçuların sayı meydanda artdı.

Yeri gəlmişkən, Bakıda hələ uelsli fitbolçu Kiffer Muru xatırlayırlar. İsveçrə ilə oyunda (1:1) Mur sarğılı başla oynayaraq, elə sarğılı başı ilə qol da vurmuşdu. Lakin, azsaylı çexiyalı azarkeşlərin təəssüf hissinə baxmayaraq, Souçek Murun şücaətini təkrar edə bilmədi.

© Sputnik / Murad OrujovDanimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçında.
AVRO-2020-də Danimarka nağılı: Bakıdakı oyunun başlanğıcında yaşanan şok və sərt futbol - Sputnik Azərbaycan, 1920, 04.07.2021
Danimarka və Çexiya yığmaları arasında Avropa çempionatının matçında.

İkinci hissənin sonunda çexlər danimarkalıları qapısına hücuma keçdi, lakin danimarkalılar bu təzyiqə tab gətirdilər və Avropa çempionatındakı zəfər yürüşünü davam etdirdilər.

Oyunun o qədər də baxımlı olmamağına, qol vəziyyətlərinin az olmasına rəğmən hər iki komanda kifayət qədər sərt futbol nümayiş etdirirdilər. Lakin danimarkalıların oyunu daha yaxşı alındı və onlar da yarımfinalda İngiltərə-Ukrayna cütlüyünün qalibi ilə qarşılaşacaq.

Bakı isə Avropa çempionatı ilə sağollaşır. Turnir həm yerli həm də əcnəbi azarkeşlərə təkcə danimarkallılar və çexlərin deyil, həmçinin "A" qrupunun yığmaları Uels, İsveçrə və Türkiyə milli komandalarının iştirakı ilə çoxlu gözəl və keyfiyyətli futbol hədiyyə etdi.

O ki qaldı AVRO-2020-dəki Danimarka nağılına, rəvayət hələ davam edir və kim bilir, bəlkə də danimarkalılar 30 il əvvəlki uğurlarını təkrar edə biləcəklər?!

Xəbər lenti
0