CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yulmann: Danimarka millisinə AVRO-2020-nin yarımfinalında kimlə oynayacağı fərq etmir

© Francois Nel - Powered by Getty Images/UEFAГлавный тренер сборной Дании Каспер Юльманн (на первом плане)
Главный тренер сборной Дании Каспер Юльманн (на первом плане) - Sputnik Azərbaycan, 1920, 03.07.2021
Abunə olmaq
AVRO-2020-nin yarımfinalında danimarkalıların rəqibi Ukrayna və İngiltərə yığmalarının oyununun nəticəsində bəlli olacaq.

"Danimarka millisinə futbol üzrə Avropa çempionatının yarımfinalında kimlə oynayacağı fərq etmir". Bunu komandanın baş məşqçisi Kasper Yulmann deyib.

Şənbə günü Danimarka millisi AVRO-2020-nin dörddəbir finalında Çexiya komandasına 2:1 hesabı ilə qalib gəlib. Danimarkalıların yarımfinaldakı rəqibi İngiltərə-Ukrayna oyununun qalibi olacaq. 

"Çox xoşbəxtəm, komandamla fəxr edirəm. Komanda işləyəndə, meydanda bütün gücünü qoyanda əladır. Mən həmçinin Danimarkada olub bizim elədiyimiz işlərə görə sevinən insanlara görə də şadam, - Yulmann jurnalistlərə deyib. - Fasilədən sonra çox passiv idik. Bilmirəm, bu necə oldu. Ola bilər ki, yorğunluq öz sözünü dedi. Ayaqlar öz sözünü dedi. Biz yorulmuşduq. Uşaqlar özlərini oyuna həsr elədilər, bu, gözəl tamaşa oldu. Kimi rəqib seçərdik? Bizim üçün fərq etməz".
Xəbər lenti
0