BAKI, 3 iyul - Sputnik. İspaniyanın "Barselona" klubunun və Fransa milli komandasının futbolçuları Antuan Qrizmann və Usman Dembele asiyalılara qarşı irqçilikdə ittiham olunurlar.
Sputnik Azərbaycan bildirir ki, onların televizoru düzəldən işçilərin hərəkətlərini şərh etdikləri videonu South China Morning Post yayıb.
"Bütün bu eybəcər sifətlərə biz ancaq sənin Pro Evolution Soccer oynamaq istəyinə görə dözməliyik. Utanmırsan? Nə geridə qalmış dilləri var? Bu ölkə ümumiyyətlə texniki inkişaf görüb, ya yox?" - Dembele Qrizmanndan soruşur.
Qeyd olunur ki, bu videonu Dembele 2019-cu ildə kataloniyalılar Yaponiyada turda olarkən çəkib.
Fransa millisi AVRO-2020-ni 1/8 finalda penaltilər seriyasında isveçrəlilərə məğlub olaraq (əsas vaxt - 3:3) tərk edib. Qrup mərhələsində fransızlar Almaniya üzərində qələbə (1:0) və Macarıstan (1:1) və Portuqaliya (2:2) heç-heçədən sonra birinci yer tutmuşdular.
Qrizmann AVRO-nun bütün dörd oyununda meydana çıxıb və bir qol vurub. Dembele turnirin iki oyununda iştirak edib.
Eləcə də oxuyun:
-
Danimarka millisi Bakıda Çexiya yığmasını məğlub edərək Avro-2020-nin yarımfinalına çıxdı
-
Quruyan gölün dibində Lionel Messinin portretini çəkdilər
-
Fransa millisi AVRO-2020-nin 1/8 finalında penaltilərlə İsveçrə millisinə məğlub olub