Futbol üzrə Danimarka yığma komandası Avropa çempionatının dörddəbir final oyununda Çexiya millisinə qalib gəlib.
Şənbə günü Bakıda keçirilmiş oyun 2:1 hesabı ilə danimarkalıların xeyrinə başa çatıb. Qalib komandanın heyətində qolları Tomas Dileyni (5-ci dəqiqə) və Kasper Dolberq (42) vurublar. Çexiya komandasının heyətində isə qolu Patrik Şik vurub (49).
Turnirin son yarımfinalçısı və Danimarka millisinin növbəti rəqibi bu gün Romada keçiriləcək Ukrayna-İngiltərə oyununda müəyyən olunacaq.