Hər iki komanda Avropa futbolunun nəhəngləri siyahısında olmasa da, aktivlərinə Avropa çempionatlarındakı qələbələr daxildir - Danimarka kuboku 1992-ci ildə, Çexiya (Çexoslovakiya millisi olaraq) isə uzaq 1976-cı ildə alıb.
Beləliklə, bizi maraqlı oyun gözləyir: hər iki komandanın kifayət qədər güclü oyunçuları və xeyli azarkeşi var. Uzun uçuşlara və qarşıdakı çətinliklərə baxmayaraq, Danimarka və Çexiya yığma komandalarının bəzi azarkeşləri Bakıya gəliblər və var gücləri ilə komandalarına dəstək göstərməkdə qərarlıdırlar. Futbol azarkeşləri nəzəraçarpandırlar - mümkün qədər ekstravaqant görüntülər nümayiş etdirməklə izdiham arasından seçilirlər.
UEFA AVRO-2020-nin üçüncü dörddəbir final matçında iştirak edən komandaların azarkeşlərinın necə göründüklərinə Sputnik Azərbaycan-ın fotolentində baxın.
Mütəxəssislər proqnoz verməkdə çətinlik çəkirlər
Bakının dörddəbir final cütlüyü nəticəni proqnozlaşdırmaq baxımından, bəlkə də, ən çətindir.
AVRO-2020 Bakı oyunları
Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə, bu gün, iyulun 3-də burada AVRO-2020 1/4 final oyunlarından biri - Danimarka-Çexiya oyunu keçirilir.