CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AVRO-2020-nin Bakıda keçirilən oyunlarında təqribən 62 min tamaşaçı olub

© Dan Mullan - Powered by Getty Images/UEFAБолельщики сборной Дании возле стадиона ЕВРО-2020 в Баку
Болельщики сборной Дании возле стадиона ЕВРО-2020 в Баку - Sputnik Azərbaycan, 1920, 03.07.2021
Abunə olmaq
Koronavirus pandemiyası üzündən Olimpiya stadionuna AVRO-2020 ərzində buraxıla biləcək tamaşaçıların sayı 50% azaldılıb.

Futbol üzrə Avropa çempionatının Bakıda keçirilən dörd oyununa ümumilikdə təqribən 62 min azarkeş tamaşa edib.

Şənbə günü Danimarka millisi AVRO-2020 dörddəbir final oyununda Çexiya yığmasına 2:1 hesabı ilə qalib gəlib. Bundan əvvəl Azərbaycan paytaxtı qrup mərhələsində Uels, İsveçrə və Türkiyə milli komandalarının iştirakı ilə üç oyuna ev sahibliyi edib.

Olimpiya stadionunun tamaşaçı tutumu 68 min nəfər olmasına rəğmən məhdudiyyətlərlə bağlı olaraq arenaya bunun cəmi 50%-i qədər tamaşaçı buraxıla bilərdi.

Şənbə günü keçirilən oyuna stadionda 16306 azarkeş tamaşa edib. Beləliklə, Bakıda keçirilən dörd oyunda ümumilikdə 61988 azarkeş iştirak edib, orta ziyarətçi sayı isə 15 497 nəfər olub.

Bir qədər əvvəl Sankt-Peterburq arenasında ziyarətçilərin sayı açıqlanıb. Avropa çempionatının Rusiyanın bu şəhərində keçisilmiş yeddi oyununda stadionda 132 752 tamaşaçı olub (hər oyunda orta hesabla 18 965 nəfər).

Xəbər lenti
0