Vilayət Eyvazov mətbuatla əlaqələri yaxşı quran əməkdaşını mükafatlandırdı

© Sputnik / Irade JELILBakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nazirliyin mətbuatla əlaqələrdə xidmətlərinə görə seçilən iki əməkdaşını təltif edib.

BAKI, 2 iyul — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) bir qrup əməkdaşı Azərbaycanda Polis Günü ilə bağlı təltif edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in fəxri fərmanı ilə təltif olunub. Bundan başqa, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı ilə təltif edilib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup polis rəisinə general-mayor rütbəsi verilib. Bunlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovdur. Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi olan Əlaslan Ağayev də general-mayor rütbəsi alıb.

Məlumat üçün bildirək ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Azərbaycan polisi günü

Qeyd edək ki, 2 iyulda Azərbaycan Polisi Günü qeyd olunur. Dövlət başçısının sərəncamı da bununla bağlıdır.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdı. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilib. 

Lakin 24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilib. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

Həmçinin oxuyun: 

* Prezident DİN-in əməkdaşlarını təltif etdi - SİYAHI

* Bu ərazilərdə xidmət aparan polislərin maaşları artırıldı

 

Xəbər lenti
0