Prezident DİN-in əməkdaşlarını təltif etdi - SİYAHI

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə DİN-in əməkdaşları təltif ediliblər.

BAKI, 2 iyul — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif ediliblər:

2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Kərimov Oqtay Əsgər oğlu – polis general-mayoru

"Vətən uğrunda" medalı ilə

Abdullayev Zaur Natiq oğlu – polis general-mayoru

Kərimov Orduxan Alqayıt oğlu – istefada olan polis polkovniki

Mahmudov Toğrul Ramiz oğlu – polis polkovniki

Mehdiyev Fərhad Süleyman oğlu – polis polkovniki

Məmmədov Xəqani Seyfulla oğlu – polis polkovniki

Məmmədov Mahir Əli oğlu – polis polkovniki

Məmmədov Müzəffər Qəzənfər oğlu – polis polkovniki

Mirhuseynov Xəyyam Cahangir oğlu – polis polkovniki

Nəbiyev Zaur Əli oğlu – polis polkovniki

Abdullayev Şahid Mürsəl oğlu – polis polkovnik-leytenantı

Heydərov Arzu Afət oğlu – polis polkovnik-leytenantı

Quliyev Yelmar Məhər oğlu – polis polkovnik-leytenantı

Qurbanov Rəhman Niyazi oğlu – polis polkovnik-leytenantı

Məmmədov Məmmədəli Həsən oğlu – polis polkovnik-leytenantı

Məmmədov Rüfət Nizami oğlu – polis mayoru

Behbudov Murad Arif oğlu – polis kapitanı

Əliyev Mübariz Vəzir oğlu – polis baş serjantı

"İgidliyə görə" medalı ilə

Məhərrəmov Səməd Akif oğlu – polis polkovniki

Hacıyev Namiq Fərrux oğlu – polis polkovnik-leytenantı

Salahov Faiq Fərman oğlu – polis polkovnik-leytenantı

Əliyev Mahir Boran oğlu – polis mayoru

Əliyev Səməndər Əziz oğlu – polis mayoru

Məmiyev Razi Aftandil oğlu – polis leytenantı

Məmmədov Mahir Tahir oğlu – polis baş serjantı

Xudiyev Vüqar Yusif oğlu – istefada olan polis baş serjantı.

Azərbaycan polisi günü

Qeyd edək ki, 2 iyulda Azərbaycan Polisi Günü qeyd olunur. Dövlət başçısının sərəncamı da bununla bağlıdır.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 830 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası daxili işlər orqanları sistemində fəaliyyət göstərən milis mövcud hüquqi statusunu saxlamaqla polis adlandırılmış və eyni fərmanla iyun ayının 6-sının hər il "Azərbaycan polisi günü" kimi qeyd edilməsi qərara alınmışdı. Beləliklə, 1998-ci ilədək hər il 6 iyun tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilib. 

Lakin 24 may 1998-ci ildə isə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 710 nömrəli Fərmanına əsasən, Azərbaycan Polisi Gününün tarixi dəyişdirilib. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün — 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Həmin vaxtdan Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

Xəbər lenti
0