BAKI, 1 iyul - Sputnik. Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Azərbaycana rəsmi səfərə gəlib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Trend Qırğızıstan səfirliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, nazir səfəri çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Xatırladaq ki, bu il mayın 28-də Minskdə baş tutan MDB hökumət başçılarının iclası çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov qırğızıstanlı həmkarı Uluqbek Maripovla görüşmüşdü. Maripov Qırğızıstanın Azərbaycanla hərtərəfli əməkdaşlığın gücləndirilməsinə ümid etdiyini söyləmişdi.
“Əminəm ki, iki ölkə xalqlarının sıx əlaqələri Qırğızıstan və Azərbaycan respublikaları arasında ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafına imkan yaradacaq”, - Maripov demişdi.
Xatırladaq ki, iyunun 20-də Azərbaycana daha bir dost Orta Asiya ölkəsi - Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdı da səfərə gəlmişdi. Səfər çərçivəsində M.Tleuberdı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovla görüşmüşdü.
Eləcə də oxuyun:
-
Əsədov Minskdə: MDB-nin taleyi barədə ilk mesajlar gəlir
-
Qarabağla bağlı üçtərəfli bəyanatların bəzi müddəalarının icrası gecikir - Ceyhun Bayramov
-
Prezident İlham Əliyevlə Qazaxıstan XİN rəhbəri nələri müzakirə etdilər