CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xalq artisti Arif Babayev müalicə üçün xaricə getdi

© Photo : REPORTXalq artisti Arif Babayev
Xalq artisti Arif Babayev - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Xalq artisti Arif Babayev bir müddət öncə insult keçirib. Səhhətinin ağır olmasına rəğmən, Xalq artisti doğulduğu Ağdama səfər edib.

 

BAKI, 30 iyun — Sputnik. Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə gedib. Bu barədə Sputnik Azərbaycan-a məlumat verən Xalq artisti bildirib ki, o, hazırda Türkiyənin Bursa şəhərindədir: "Əvvəlki vaxtlarıma nisbətən, hazırda vəziyyətim daha yaxşıdır. Yeriməyim nisbətən düzəlib. Burada yaşayan azərbaycanlılar öz diqqətlərini əsirgəmirlər. Həmişə övladlarım gətirirdilər məni. Bu dəfə istədim özüm tək gəlim. Hazırda səhhətim yaxşıdır. Sadəcə növbəti müayinə və müalicə üçün gəlmişəm".

Xatırladaq ki, Xalq artisti Arif Babayev bir müddət öncə insult keçirib. Səhhətinin ağır olmasına rəğmən, Xalq artisti doğulduğu Ağdama səfər edib.

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Segah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

Eləcə də oxuyun:

  • Xalq artisti koronavirusa yoluxub

  • Arif Babayev: "Həmişə dua edirdim ki, Ağdamı görmədən ölməyim"

Xəbər lenti
0