07:12 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
9210

"Bu tarixi anları bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyevə, əsgər və zabitlərimizə təşəkkür edirəm. Torpağımız uğrunda canını fəda edən şəhidlərimizin ruhu qarşısında, onların valideynlərinin qarşısında baş əyirəm".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün xalqa müraciət edib. Xalqa müraciətində Prezident Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini bəyan edib. Bu münasibətlə əslən ağdamlı olan Xalq artisti Arif Babayevlə əlaqə saxladıq. Xalq artisti təəssüratlarını Sputnik Azərbaycan-la bölüşüb: "Mən Ağdamın Sarıhacılı kəndində anadan olmuşam. Çox səfalı kəndimiz var idi. Ən böyük arzum idi oranı görmək. Çox xoşbəxtəm ki, bu günləri gördüm. Bu tarixi anları bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyevə, əsgər və zabitlərimizə təşəkkür edirəm. Torpağımız uğrunda canını fəda edən şəhidlərimizin ruhu qarşısında, onların valideynlərinin qarşısında baş əyirəm".

"Əfsus ki, biz indi ora gedə bilməyəcək. Köpək uşaqları bu dəqiqə oraları minalayıblar. Amma yaxın zamanda bu problem də öz həllini tapacaq. Biz yenidən o torpaqlarda yaşayacaq. Həmişə dua edirdim ki, Ağdamı görmədən ölməyim" - deyə Arif Babayev əlavə edib .

Xəbər verdiyimiz kimi Xalq artisti Arif Babayev bir neçə müddət öncə insult keçirmişdi. Xanəndə səhhəti ilə bağlı da danışıb: "Hal-hazırda vəziyyətim stabildir. Müalicəm davam edir. Bu dönəmlərdə də məni tək qoymadılar, dövlətimiz qayğısını məndən əsirgəmədi".

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

Əsas mövzular